Loading...

"Squid Game"dəki nabatın RESEPTİ - Cəmi 2 inqrediyent və 5 dəqiqə - VİDEO

Loading...

Bəs bu nabat necə hazıranır?

Lazım olan ərzaqlar: 2-3 qaşıq şəkər tozu və bir çimdik soda.

İlk öncə şəkəri dəmir çömçədə vam xodda, taxta çubuqla qarışdıraraq əritmək lazımdır.

Şəkər qızılı rəngə çaldıqda ocağın üzərindən çəkib, bir çimdik soda əlavə olunur və bir az da qarışdırılır.

Qarışım perqament kağızının ("kalka") yaxud kiçik silikon xalının üzərinə tökülür. Üstünə "kalka" qoyulub boşqab (qazan), yaxud oxlovla düzləşdirilir.

Daha sonra kağızı çəkib, nabatın üzərinə istənilən fiqur və ya təsvir həkk olunur.

Bu qədər sadə! Ümid edirik, siz də fiquru qırmadan çıxara biləcəksiniz :) Lakin ehtiyatlı olun, çünki bu nabatı bişirərkən yananlar da olub.

Nuş olsun!

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR