Loading...
Ramazan bayramı üçün xüsusi bir menyu

Ramazan bayramı üçün xüsusi bir menyu

Loading...

Ramazandır....nə bişirək? deyə fikirləşməyinizə ehtiyac yoxdur.

Biz sizin üçün tam bir iftar menyusu təqdim edirik.

Sulu yemək
Tərəvəzli Quzu Əti
Plov
Pudinq


Sulu yemək

Ramazan bayramı üçün xüsusi bir menyu

Lazım olan ərzaqlar

1 stəkan qırmızı mərcimək

1 xörək qaşığı düyü

2.5 stəkanı ət suyu (amma mən ət suyu çox sevmirəm)

1 Ədəd soğan

2 xörək qaşığı un

2 Xörək qaşığı kərə yağı

2 çay qaşığı nanə

1 çay qaşığı kəklik

Yarım çay qaşığı istiot

1 çay qaşığı qırmızı istiot

su və duz

Hazırlanması:

Qırmızı mərciməkləri və düyünü ayırıb, yuyun.

Mərciməkləri, düyünü və ayırd edilmiş bütün soğanı qatıb, yaxşıca yumşalana qədər bişirin.

İstəsəniz blenderdan və ya süzgəcdən keçirin. Bu vaxt kiçik bir qazanda yağı əridin. İçinə unu əlavə edin.

Unun rəngi dəyişənə qədər qovurun. İçinə az-az ilıq su tökün. Krem qarışığına gəldikdə mərciməyin içinə qarışdıraraq qatın.

Duzunu nizamlayıb, qaynadın. Başqa bir tavada yağ əridin.

İçinə qırmızı bibər, nanə və kəkliyi qatıb, yağla birlikdə qovurun. Şorbanın üzərinə gəzdirərək töküb, xidmət edin.

Tərəvəzli Quzu Əti

Ramazan bayramı üçün xüsusi bir menyu



Lazım olan Ərzaqlar

1 kq quzu əti

2 soğan

1 kök

2 kartof

1 yemək qaşığı duz

Əlavə olaraq

2 yumurta sarısı 1 yemək qaşığı un 1 ədəd limon suyu 1/ 2 dəstə cəfəri

Hazırlanma qaydası

1. Əti, sümüklü olaraq parçalara böldürün. Yuduqdan sonra üzərini bir az keçəcək qədər suyla bişirin.

2. Qaynamağa başlayanda üzərindəki kəfi alın. İçinə dörd parçaya bölünmüş soğan, doğranmış kök qatın.

3. Bişməyə yaxın kub şəkilli doğranmış kartofları və kifayət qədər duz qoyun.

4. Limon suyu, un, 2 yumurta sarısı və yarım stəkan suyu qarışdırın. Kartoflar yumşaldığı vaxt üzərinə töküb altını keçiridin.

Üzərinə doğranmış cəfəri səpin.

Plov

Ramazan bayramı üçün xüsusi bir menyu



Ərzaqlar


2 stəkan uzun düyü

2-3 xörək qaşığı kərəyağı

3 su stəkanı isti su (ət suyu-toyuq suyu)

Duz

Hazırlanması

Düyü 20 dəqiqə qaynadılır. Sonra süzülür.üzərinə kənarda su ilə sarıkök qarışdırılmış maye tökülür.

qazana biraz ərinmiş yağ əlavə edilir. Lavaş düzülür.Daha sonra süzülmüş düyü yavaş yavaş tökülür.

Aralarına yağ düzlür. 40 dəqiqə dəmələnməyə qoyulur

Pudinq

Ramazan bayramı üçün xüsusi bir menyu



Lazım olan ərzaqlar

1 litr süd

2 yemək qaşığı marqarin

1 stakan un

1-1,5 stəkan toz şəkər

1 paket şəkərli vanil

Haızrlanma qaydası

Süd, marqarin, un və toz şəkəri bişirmə qazanına qoyun. Davamlı qarışdırararaq orta odda bişirməyə başlayın.

Süd qaynayana yaxın vanili əlavə edərək pudinq halına gələnə qədər qarışdıraraq bişirməyə davam edin.

pudinqinizi ocaqdan götürün, qazandan götürmədən mikserlə təxminən 10 dəq qarışdırın.

Pudinqi kasaların bir az üzərindən tökərək paylaşdırın. Soyuyan zaman bəzəyərək təqdim edə bilərsiniz.

Allah tutduğunuz Orucu və etdiyiniz Duaları qəbul eləsin.... Amin

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

crazy women

31 Avqust 2010 20:59

hmm thanks)

DReaM

31 Avqust 2010 17:09

tesekkur 1ci tam mennlikdi prosta men qirmizi istiotu cox eliyecem good

music_my_life

26 Avqust 2010 13:35

cox sagolun

JOY_LADY

25 Avqust 2010 16:46

pudinq xolamiram

Balım

23 Avqust 2010 11:28

Plovun yeri var.Özüdə dünən yemişəm...çox xoşlayıram...

ESTRELLA

23 Avqust 2010 11:25

plovu çoooooooox sevirəm

_Ayka_19

23 Avqust 2010 10:46

Allah hamının orucunu qebul etsin AMİN

l2a1000

23 Avqust 2010 00:30

Allah hər kəsin orucunu qəbul etsin

_Zac_Efron_

22 Avqust 2010 22:37

ALLAH haminin suferisini ruzili bereketli etsin.Qoy bu orucluq bayarminda hami sufre aca bilsin.AMIN.TWKR
--------------------
Лучше умереть стоя, чем жить на коленях

Mamedovich

22 Avqust 2010 22:12

Tesekkur =) ela olar yeqin =)

Gitarist

22 Avqust 2010 21:24

Tesekkurler Anama diyicem eliyer :))

FLOR

22 Avqust 2010 21:05

duzu xosuma gelmedi hec biri qoyun eti nedi kok nedi? sup hec yemirem ...as da belede

Nahid-19

22 Avqust 2010 20:26

ALLAH razı olsun sənnən ay Baunti....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Nagil

22 Avqust 2010 19:50

iftar sufresi ucun super olar mence

_Ayka21_

22 Avqust 2010 19:20

HYMM COOX SAGOLUN. ACDIMEE LAP nyam

10-suz

22 Avqust 2010 19:16

plov cekdi ozune meni.tsw canim.allah cemi oruclularin orucunu qebul etsin

ChocoLatte

22 Avqust 2010 19:16

Hmm men sulu xorek sevmirem ancaq anam biraz verir yeyirem ustundende gozel yemekler ...Sonrada gedirem parka yarim saat gezirem yemekelr hezm olunsuz ifsoo...

İrmak

22 Avqust 2010 19:08

Plovdan başqası iştahımı çəkmədi
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Bobo55

22 Avqust 2010 17:47

Allah orucunuzu qəbul eləsin ...

Sweety

22 Avqust 2010 17:44

Gözəl düşünülüb...Ramazan süfrəsi üçün gözəl olar.

True_Love

22 Avqust 2010 17:20

Bayrama hələ bayram qalıb )))