Loading...
Limonlu Creamcheese Bar

Limonlu Creamcheese Bar

Loading...
Limonlu Creamcheese Bar

Tərkibi üçün:

125 qr. kərəyağı və ya marqarin (otaq istiliyində)

1/3 su stəkanı pudra şəkəri

1 paket vanil

1 + 3/4 su stəkanı un

1/3 su stəkanı qıyılmış pekan qozu və ya qoz

1 paket (təxminən 225gr.) creamcheese (Labne Pendiri)

2 su stəkanı şəkər tozu

3 yumurta

1/3 stəkan təzə sıxılmış limon suyu

1 yemək qaşığı incə limon rəndəsi

1 yemək qaşığı pudra şəkəri (üstünə)

Hazırlanması:

1. Sobanı 175 dərəcəyə gətirin. Nnimçəni qatı yağ ilə yağlayın.

2. Yağı, pudra şəkərini bir kasada qarışdırın. Yavaşca 1+1/2 stəkan un, vanil və qozları əlavə edib qarışdırın.

Limonlu Creamcheese Bar

3. Qatı bir xəmir olacaq. Bunu hazırladığınız nimçəyə yayıb basaraq düzlənin. Sobada 15 dəqiqə bişirin.

4. Cream cheese və şəkəri bir kasada yüksək sürətdə mikser ilə qarışdırın. Qalan 1/4 stəkan unu və yumurtaları əlavə edib qarışdırın.

5. Limon suyunu və rəndəsini əlavə edib qarışdırın. Bişmiş xəmirin üstünə töküb təxminən 30 dəqiqə və ya üst krem bişib qatılaşana qədər bişirin.

6. 1 yemək qaşığı pudra şəkərini üzərinə ələyin. Kvadrat və ya düzbucaqlı formasında kəsib qablara qoyaraq xidmət edin.

Limonlu Creamcheese Bar

Nuş olsun. smile
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

14 Avqust 2013 10:05

Limon varsa, mutleq, dadlidir
--------------------

***
❃❃❃

***

PeTTy

20 May 2013 09:12

Xeberdeki gifler iştahımı açdı,çox maraqlıdı.

psixoloq_01

4 İyul 2010 03:33

sirniyati sevmirem artiq feel

İrmak

3 İyul 2010 23:15

Sitat: DJ_JaNiK
men biwirerem))..

bize yoxdu bes?)
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Kafujidota

3 İyul 2010 21:52

Men hec bacarmiram bele seyleri utan

emeraude

3 İyul 2010 20:42

Maraqli geldi arada mutleq eleyerem INSALLAH Tesekkur

Nagil

3 İyul 2010 20:11

nese normal yemeye oxsamir beyenmedim fellow

ChocoLatte

3 İyul 2010 19:54

Mennik deyil bu...

DJ_JaNiK

3 İyul 2010 19:25

4ox saolun.. piwirib dadina baxmag lazimdi..
Sitat: Prens ♥
mən bişirə bilmirəmki..:(

men biwirerem)).. mocking

Dima Bilan

3 İyul 2010 19:18

mən bişirə bilmirəmki..:(

NINIKO

3 İyul 2010 18:38

AYDAAAAA OGWN GELNIMIZ HAZIRLAMISHDI TOCNA BELESI ELE PIS DADIRDI HEC YEYILMEDIDE PRAMOY ZIBILLIYE TOKWLDW feel

ZDENKO

3 İyul 2010 16:30

Limonu chox sevirem men. Etrafimda olan her kes uz-gozunu turshudur mene de xosh olur laughing ( bu smayldan xoshum gelire mixde de olsa yaxshi olardi))

İrmak

3 İyul 2010 15:38

wekildeki her nedise ele bil ciy qalib )
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Markiza

3 İyul 2010 14:22

qırılmışlar bazar günü bizə gəlir , resepti götürdüm... winked görüm alınacaq wacko

Lektra

3 İyul 2010 14:14

belke hazirladim

Dior Cherie

3 İyul 2010 13:10

wirniyyat xowlayiram amma hazirlamagi yooox_(hazira nazir_)

Vanessa

3 İyul 2010 12:48

Vallah şirniyatları yeməyi çox sevirəm amma bişirməyi yox))

Babaeva

3 İyul 2010 12:46

nyam mende istedimeee:))kim bishirse menide chagirsin:))

Sweety

3 İyul 2010 12:35

Hmmm maraqli yeməkdi nyam ama evdə çox erzaq yoxdu gerek gedim alim

Dandoline

3 İyul 2010 12:12

recourse recourse recourse

LaLa

3 İyul 2010 12:02

Qarışıqdı bütün ərzaqlar yoxdu deyə hazırlaya bilməyəcəyəm))

Gitarist

3 İyul 2010 12:01

Evdekiler arada eliyirler ilk serh ve Tesekkur menden :))) fellow