Loading...
Çox asan və dadlı iki resept.

Çox asan və dadlı iki resept.

Loading...

Çox asan və dadlı iki resept.

1.Tort “Karakul”



Lazım olan ərzaqlar:

4 stəkan süd

3 xörək qaşığı kərə yağı,yumşaldılmış.Əritmək olmaz.

2 yumurta

3 stəkan un

0.5 çay qaşığı soda,şirkəylə həll edilmiş


Bütün ərzaqları qataraq bərk xəmir yoğurun.Xəmiri 6-7 kündəyə bölüb soyuducuya qoyun.

Nə qədər yaxşı soyusa o qədər asan sürtgəcdən keçirə biləcəksiniz.

Sobanın listini yağlayın və xəmiri ora sürtkəcdən keçirin.İri gözlü sürtkəcdən istifadə edin.



Sobada qızaranacan bişirin.Arabir sobanın qapaşını açıb qarışdırın ki, çox birləşməsin.

Sobadan çıxarıb bir az soyuduqdam sonra qaba tökün.Krem əlavə edərək qarışdırın.Təpə formasına salaraq qaba qoyun.Bir gecə saxlayın ki,özünü tutsun.Süfrəyə verərkən üstünə qənd tozu səpmək olar.


Krem üçün lazım olan ərzaqlar:

1 qutu qatılaşdlrılmış südü (squşonka) bir saat qaynadın,sonra hələ soyumadan 100 qram kərə yağını orda həll edin.


2.Qarışqa yuvası (Muraveynik)


Lazım olan ərzaqlar:

200 qram kərə yağı

2 yumurta

150 ml süd

1 çay qaşığı həll olmuş soda

500 qram un

Krem üçün lazım olan ərzaqlar:

1 qutu qaynadılmış qatılaşdırılmış süd

200 qram kərə yağı


Xəmiri hazırlayırıq.



Yağ ilə yumurtanı qarışdırıb sonra süd əlavə edirik.Sonra soda və unu əlavə edərək çox da bərk olmayan xəmir yoğururuq.Kündə halına salıb soyuducuya qoyuruq-1 saat müddətinə.

Listi yağlayıb soyumuş xəmiri xırdalayaraq ora düzürük.



180 dərəcədə qızarana qədər bişiririk.

Təqribən 4 list alınacaq.

Kremi hazırlamaq üçün yağı ağaranacan mikserlə çalırıq.



Ora qatılaşdırılmış süd əlavə edərək yenə hazır olana qədər mikserlə qarışdırırıq.



Bişirilmış xəmiri kremlə qatırıq.




Onu təpə halında düzəldib qaba qoyuruq.

Bir gün saxlayırırıq ki xəmir kremi özünə çəksin.

 

Hər iki reseptə xırda doğranmış qoz əlavə etmək olar,zövqə görə.

Nuş olsun!!!

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sweet girl ...

26 İyun 2013 16:29

Tortu sevdim.

DEnqI

16 Noyabr 2012 15:21

cox mukemmeldir hamisini beyendim

strawberry girl

14 Avqust 2010 12:23

en sevdiyim sirniyyat qarisqa yuvasidir lezzzzet...

gozel207

10 Avqust 2010 11:14

çox rahat..))

_MooN_

5 Avqust 2010 20:45

...tskler.....

10-suz

26 İyul 2010 23:02

1-si asanddi.2-si yaman uzunderedi.kimdi eeeeeeeee onla oynayan.hazir veren olsa yeyerem.yoxsa yox

DReaM

4 İyul 2010 14:59

emeye hormet...ama eminsizki 4stk.sude 3stk. un elave edirler? cox duru olur axi xemir anlayisi qalmir ortada.. eledim ama nese hazirlamagi oyrenenden sonra 1ci defediki anam meni metbexden qovacaqdi.. scratch_ yenede tesekkur... yes

İrmak

24 İyun 2010 19:08

resept can yandirir ))
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Pacific

18 İyun 2010 23:21

Loool men haziri secireemm mama bisirir Allah canin sag elesin sagolunn wink2

narkusa

31 May 2010 22:26

sirniyyatin sekline baxanda adam iyrenir duzemmelli sirniyatdar reseptini yazin olar indideen coox tesekkurler

Paradoxal_Despot

28 May 2010 04:25

bir defe normal yemek resepti verinde mene cox lazimdir menim siriniyatla aram yoxdur hemse umidle bele xebere girirem coxunda sirniyat cixir

NellY

27 May 2010 17:57

manca bacarmiram yoxdu!ELEMIREM VAR!!

Ronnie_7

27 May 2010 17:11

Xanımlar bunları bilin yoxsa alan olmayacaq sizi)))
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Nagil

27 May 2010 16:34

yay aylarinda sirinle aram yoxdu,bezilerini cixmaq sertiyle.amma asant birseydir elemek olar.tesekkurler

Vamp

27 May 2010 15:44

Dadlı olar yəqin)
Amma ki bacarmıdamdaa.Yayda imtahanlardan sonra başlayacam öyrənməyə))
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Dandoline

27 May 2010 15:24

Sitat: _Barbi_
aydaa muraveynik məktəbdə hazirlamişdiq yadimdadir. dadli olur

Məktəbdə xaladelnik varıydı ki?! belay

_Barbi_

27 May 2010 15:22

aydaa muraveynik məktəbdə hazirlamişdiq yadimdadir. dadli olur

Joy.az_super

27 May 2010 14:36

əllərinə sağlıq give_ros

Suliko

27 May 2010 13:04

Nyam-nyam)
Təşəkkür Londra..Muraveyniki hazırlamaq istəyirəm..keçən dəfə layihədə gördüm Lalittanın hazırladığını və çox bəyəndim..Özüm bu vaxta gədər heç vaxt hazırlamamışam,amma bir dəfə qonaq getmişdim orda yemişdim muraveynik) bəyənmişdim) Bu dəfə Allah qoysa özüm çalışacam hazırlayım)
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Aechka

27 May 2010 12:48

Təşəkkür dəyərli məsləhətlərə görə.Amma şirniyyat yemirəm.O saat kökəlmə gedir. recourse

Nahid-19

27 May 2010 12:38

Oyyyyy baxdıqca lap ürəyim bulandıyee....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

MR.QARRI

27 May 2010 12:34

yemişkən varam

Dandoline

27 May 2010 12:10

Sitat: Londra
Bu qədər səbrsizsiniz?

Yoooxx....O qədər görməmişəm nyam

DraGo

27 May 2010 11:42

Tesekkurler Menlik Deyil

A_L_F_A

27 May 2010 11:34

ADMİN AXİRDA ŞEF POVAR OLACAQ TOİST ŞEFİ BACİ lol

İŞTAHA GƏLDİM smile

Dandoline

27 May 2010 11:17

1-ci nə daddı görünür..Onu eləməyə çalışacam..Amma bir gecə soyuducuda saxlamaq hissəsi işləri korladı yee..Kimdi səhərəcən dözən ?! sad

ChocoLatte

27 May 2010 11:01

demek olarki hamisi asant gorunur yeni pisirib dadina baxmaq olar

Elif_87

27 May 2010 10:55

Birinci asan və maraqlı gəldi...
Çox sağ ol Londra...

WoRKaHoLiC

27 May 2010 10:55

men hec ne bisire bilmirem...ancaq yeye bilirem...dadli gorsenirler.. lol