Loading...
Ballı tort

Ballı tort

Loading...
Ballı Tort
Ballı tort

BALLI TORT

ADDIM 1 - Kremi hazırlayın

Qeyd: Krem bir həftə əvvəl hazırlanıb lazım olana qədər soyuducuda saxlana bilər.
Krem üçün:
2 banka qatılaşmış süd (bişirdikdən sonra bir yarım bankadan istifadə edəcəksiniz)
300 q kərə yağı
Bankaları qazana qoyun. Qazanı bankaların üstünü örtənə qədər suyla doldurun. Qoyun 2 saat ərzində bişsinlər. Qazandakı su çəkildikcə bir kənarından qaynar su tökün. 2 saat sonra qazanı kənara çəkin. Qoyun bankalar suyun içində 5 dəqiqə qalsın. Sonra suyunu boşaldın, amma bankaları açmayın, yoxsa partlayarlar! Qoyun bankalar otaq hərarətində olana qədər soyusunlar. Sonra açın.
Bir qabra yağı mikserlə ağaranadək çalın. Sonra isə soyumuş qatılaşmış südün bir banka yarımını yağın üstünə əlavə edib bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.
Ballı tort


ADDIM 2 - Xəmiri hazırlayın

Xəmir üçün lazım olan ərzaqlar:
3 yumurta
1 stəkan şəkər tozu
3 xörək qaşığı bal
100 qram kərə yağı
1 çay qaşığı soda
3 -3.5 stəkan un
Yumurta və şəkəri istiyə dayanıqlı bir kasaya və ya bir qazana qoyun və qarışdırın. Bunlara bal və kərə yağı əlavə edin. Ayrı qazanda su qaynadın. Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər. Təxminən 5 dəqiqə ərzində.
Sonra qarışdırmağa davam edərək, bu kütləyə sodanı da əlavə edin. Kütlə bir qədər ağaracaq və qabaracaq. Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin. Kütləyə 3 stəkan unu tədricən və az-az əlavə edərək qarışdırın. Xəmir bir qədər əlinizə yapışırsa, bu normaldır. Xəmir soyuduqdan sonra bərkiyir, odur ki, çox un qatmayın. Yox əgər xəmir soyuduqdan sonra belə çox yapışqan qalsa, onda qalan unu da əlavə edin. Mən 3 stəkan yarım un qatıram. Amma unların qatılığı fərqli olur, odur ki, diqqətli olun, xəmiri çox bərkitməyin. Hazır xəmiri 5 hissəyə bölün.
Ballı tort

ADDIM 3 -Biskvit laylarını bişirin

Sobanı 190Cdək qızdırın. İri listi yaxşıca yağlayın.
Kündələrdən birini listin ortasına qoyun. Barmaqlarınızla basaraq xəmiri 28 sm ölçüsü olan dairə şəklində yayın. Əgər xəmir barmaqlarınıza yapışırsa, onları una batırıb xəmiri yayın. Unlu barmaqlar xəmirə yapışmaz. Alınan dairə nazik alınacaq. QEYD: İstəyə görə bu tort dördbucaq şəklində də hazırlana bilər.
Tortun üstünü və kənarlarını bəzəmək üçün sizə biskvit ovuntusu lazım olacaq. Bunun üçün yaydığınız xəmiri bişirdikdən sonra onun kənarlarını kəsməli olacaqsınız. Amma mən başqa texnologiyadan istifadə edirəm - dairənin kənarlarını bişməzdən əvvəl kəsirəm. Bunun üçün yaydığınız xəmirin üstünə 10 sm ölçüsü olan qab qoyun və iti bıçaqla qabın kənarına çıxan xəmiri kəsin amma listdən çıxartmayın. Beləliklə kənarlar da dairəylə bərabər bişəcək. Bişdikdən sonra onları sadəcə olaraq listdən soyub çıxardacaq və ovacaqsınız.
Layları bir-bir 4-5 dəqiqə ərzində, və yaxud üstləri bir az qızaranadək bişirin. Biskvitlər bir qədər qabaracaq. Listi sobadan çıxartdıqdan sonra, biskvitin altına spatulanı gəzdirin ki, dibi zədələnmədən sobadan qopsun.
Ballı tort

ADDIM 4 - Tortu hazırlayın

Layların arasına bolluca krem çəkin. Tortun üstünə və kənarlarına da krem yaxın. Ovuntuları tortun üstünə və kənarlarına səpin. Əgər ovntunuz azdırsa, onda bir miqdar qozu ovub ovuntuyla qarışdırın. Bu mərhələdə tort yeməyə hazır deyil. Tortu kənarda otaq hərarətində ən azı 6 saat saxlayın ki, yumuşalsın.
Ballı tort

ADDIM 5 - Nuş Olsun! (tortunuzu yeyəndə məni yada salın:)
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

4 İyun 2015 12:21

Yemişem dadlidi
--------------------
Getdim Sagolun

Amin deyek

6 Fevral 2014 01:01

cox saqolun.

PeTTy

27 İyun 2013 02:25

Hardasa yemişem,deqiq yadıma salammıram,bal olmağına baxmayaraq dadlıdı.

Law

22 İyun 2013 10:24

bali cox sevirem tesekkur fascinated

Sweet girl ...

16 İyun 2013 21:30

Bu tortdan yemişəm gələn dəfə yeyəndə yada salaram.Tşk!

İrmak

8 Avqust 2010 16:04

Hiiii balli tort bir dənə bu tortu çox xoşlayiram

Təşşəkür
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

_MooN_

5 Avqust 2010 20:51

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

10-suz

26 İyul 2010 23:01

coooooooooooooooooooooooooooooooooooox yemisem o tortdan

Gitarist

14 May 2010 20:39

Tewekkurler evdekilere diyerem eliyerler mende caynan gewen- geweng isib hemde yiyerem

Paris

7 May 2010 12:50

Sitat: Suliko
tort istədim ee..Nolar o tortdan bişirib verəsən mənə? Dünya dağılaaar Şorka? sorry

Özün bişir yedə motalka lol , qaynanavıda az işlət )) belə gəlnim olsa saçlarını yolardım sarcasti biggrin

Sitat: Ledi-Vamp
Tooort recourse

kiss

Sitat: Lady_ADU
.P.S Paris vso ravno yadimizdasan da.... love

belay wassat mən????

Sitat: Pervane-Evropa
Sadece Paris onu bura yerleshdirib

Bu ki, aydın məsələdi)

Tuvana

7 May 2010 03:53

Ballı tortu o qədər xoşlayıram ki, bir dəfə işdə vaxtı keçməsinə baxmayaraq alıb yedim. Özdə az da yoxe, çox. Allahdan zəhərlənib eləmədim. )))


--------------------
========================
Azad Fikir, Azad Düşüncə, Azad İnsan
========================

LARACROFT

6 May 2010 23:08

Heyifki hazirlaya bilməyəcəm
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Enigma

6 May 2010 22:09

Yeməmişəm amma yemək istiyərdim...

Lunchi_Pulchi

6 May 2010 21:15

heç vaxt cəhd göstərməmişəm tort bişirməyə. amma əla bulki reseptlərim var wink2

Pervane-Evropa

6 May 2010 20:50

Sitat: Britney Spears
ADDIM 5 - Nuş Olsun! (tortunuzu yeyəndə məni yada salın:)

Həə))diyəceylər Paris bişirib)) lol



Bu tortu Paris bishirmeyib axi.... Bashqa saytdan goturulub bu shekiller ve resept. Sadece Paris onu bura yerleshdirib

Miss_Barbie

6 May 2010 20:36

Sitat: Britney Spears
heç hazırlıya da bilmərsən)sən hara tort bişirmək hara?)

he duz deyirsen men ancaq yemey iwlerine baxiram nyam ...aglin ozuve getmesine tort biwire de bilmesem ele yemeyler biwirirem ki barmaqlarivi yaliyarsan bee
Sitat: Lady_ADU
Miss_Barbie,
senin balli torta ehtiyacin yox ozun balsan da.....

Yaxwi da gunka,utandirma meni blush

_ZaYkA_

6 May 2010 20:31

Lap Agzimin suyu axdi tewekkur edirem resept ucun baby

Miss_Zaqadka

6 May 2010 20:09

Miss_Barbie,
senin balli torta ehtiyacin yox ozun balsan da..... love

Miss_Barbie

6 May 2010 19:58

Ozum hazirlamamiwam ama mamulik hazirliyib yemiwem dadli tortdu

NellY

6 May 2010 19:58

vauu dadli tortdu bu..man ancag yemeyi sevrem biwirmeyi yox.bacariram aa biwirmeyi prosta ee mama varda..o bezi gizlar var eee *oyy man he4ne bacarmiram*tipo bunlar zordularda....oydaaa gulleliyeremde elelerini girl_cray gun

Lineva

6 May 2010 19:43

tortdan hec xosum gelmir smile

MR.QARRI

6 May 2010 19:03

görüm evdə bişirtdirə bilirəmmi??????

Qreqor Zamza

6 May 2010 18:59

Çox gözəl görünür..Ürəyim tort istədi)
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Miss_Zaqadka

6 May 2010 18:27

Lap men de tort istedim maraqli torta benzeyir nus olsun ..P.S Paris vso ravno yadimizdasan da.... love

Pervane-Evropa

6 May 2010 18:22

Sitat: Londra
Amma yuxaların kənarını bişəndən sonra soyumamış tam yumru kəsirəm.əgər yumru padnos varsa onunla yaxşı alınır.


Bakida var hazir yumuru demirler satirlar, ustunde yayirsan. Men burda tapa bilmedim. Amma en yaxshi usullardan biri sobanin listinin ters chevir, ustunde xemiri yay, sonra yeke boshqabi xemirin usune qoyub, onun formasinda kes. Kesilenden sonra artiq hisseleri gotur ele pishir. belece butun laylari ele (sobanin 2 listi olduqundan vaxt istimirsen, biri bishene 2-ci listin ustunde o birisini hazirla)
Bele daha seliqeli cixir ve daha asan olur.

Nahid-19

6 May 2010 18:13

Təşəkkürlər Paris toetu çox sevirəm kakraz bu gün qonaqlıqdayam....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Vamp

6 May 2010 17:48

Tooort recourse
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Suliko

6 May 2010 17:20

Super...hazırlamamışam,amma yemişəm ballı tort nyam tort istədim ee..Nolar o tortdan bişirib verəsən mənə? Dünya dağılaaar Şorka? sorry
Dünən qaynanam bir tort bişirmişdi..ay daaaa gecə yuxuda da o tortu görmüşəm ee recourse ..çoox dadlı idi nyam o gədər yedim ki partdıyanacan mocking Qaynanam üçün Çudo peçka açacam..çox gözəl şirniyyatlar hazırlayır girl_ang
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Nagil

6 May 2010 17:06

ayda nece gundu tort isteyirem indide bunu gordum lap sisdim eee

WUgirl

6 May 2010 16:59

Vay vay vay no
--------------------
ayrı düşdüm joyumdan joyazımdan :))))