Loading...
Kulinariya

Kulinariya

Loading...
1

Qozlu,badamlı keks

Lazım olan ərzaqlar:

3 yumurta
1 dl şəkər tozu
1 çay qaşığı vanil
1 yarım çay qaşığı qabartma tozu
1 dl süd
1 dl semiçka yağı
təxminən 2 dl un
Qaba bunlar qatıldıqca mikserlə qarışdırılır:
Tava kərə yağı, ya da marqarin ilə yağlanılır və xəmir əlavə edilir. Üstünə istəsəniz badam, xırdalanmış qoz, və ya meyvə qoya bilərsiz
150-100 dərəcədə sobada 1 saatdan 1 saat yarıma qədər bişə bilər.


2


Quş yuvası salatı

Lazım olan ərzaqlar:
4 yumurta
100 qr mayanez
200 qr toyugun sinə əti
50 qr çipsi
cəfəri

Hazirlanmasi:mayanezi qaba cəkirsən,amma ortasini boş saxla,mayanez cəkmə...suda bişmis döş əti xirda xirda doğra,mayanezin üstünə tök,sonra çipsinin hər 2 tərəfini mayanez cək və toyugun döş ətini ustunə çək və yumurtanin ağini sürtkəcdən keçir üstünə tök....döş ətini -ci qoyuruq,üstünə çipsi,üstünə yumurta agı-sürtkəcdən kecmiş) üstünə tök...orta bosh qalmişdı ora cəfərini bütöv qoyuruq,sonra yumurta sarisini butov qoyuruq.



3



MAKLUBƏ

Lazım olan ərzaqlar:
* Dana əti
* Kartof
* Soğan
* Düyü
* 1 ədət qarnitur
* qatıq

Salat üçün:

* Pomidor
* Xiyar
* Kahı
* Cəfəri

Hazırlanması:
Dərin bir qazanda ətləri qovurun.
Ətləri qazandan götürmədən üzərinə yuduğunuz düyünün yarısını tökün.
Halqa Halqa kəsib qızartdığınız kartofları düyünün üzərini örtəcək şəkildə düzün.
Üzərinə qalan düyünü tökərək düzəldin. Düyülərin üzərinə 1 yemək qaşığı kərəyağını kiçik parçalara ayıraraq qoyun.
Duzu və düyülərin üzərini bir barmaq qədər keçəcək isti suyu əlavə etdikdən sonra qapağını bağlayın.
Qarışdırmadan az atəşdə bişirin. Plov dəmini aldıqdan sonra bir nimçənin ortasına ətlər üst qisimdə qalacaq şəkildə qazanı tərs çevirin.
Plovun ətrafını istəyinizə görə hazırlamış olduğunuz salat və qatıq ilə bəzəyin.
Maklubəni 2 qat lı bişirə bilərsiniz.10 nefer cox rahat doyar.Nuş olsun..



4



a)Badımcan,pomidor və bibər dolması.
Lazım olan ərzaqlar:
6 ədəd kiçik badımcan
6 ədəd yaşıl Bolqar bibəri
6 ədəd pomidor
duz
istiot
1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ

İçi Üçün:
4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 g çəkilmiş qoyun və ya mal əti
2 ədəd baş soğan - soyulub xırda -xırda doğranmış
1 ədəd yaşıl uzun bibər - xırda doğranmış
doğranmış pomidor içi
1 stəkan xırda doğranmış reyhan
½ stəkan bişmiş ləpə (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb, bişirin)
zövqə görə duz
zövgə görə istiot

Hazırlanması:

Əvvəlcə tərəvəzləri hazırlayın.
Badımcan: Badımcanları aşağıda verilən iki üsuldan birini istifadə edərək hazırlayın.
Üsul 1: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.
Üsul 2: Badımcanları suda pörtmək əvəzinə qızardın. Bunun üçün, əvvəlcə saplağını kəsin. Bıcaqla “qarnını” şəkildə gördüyünüz kimi kəsin. Badımcanları soyuq su və 2 xörək qaşığı duz olan ləyənə qoyub və üstlərini ağırlıqla örtüb 20 dəqiqəliyinə kənara qoyun. Bu, badımcanların acısı çıxması üçün edilir. Acısı çıxan badımcanları sudan çıxardıb, qurulayın. Tavada bol-bol yağ qızdırıb, bu yağda badımcanların hər tərəfini qızardın. Yağdan çıxardıb salfet və ya kağız dəsmal üzərinə qoyaraq yağını süzdürün

Bibərlər: Bibərlərin saplağını yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçinin tumlarını təmizləyin.
Pomidorlar: Pomidorların saplağını yumruvari və saplağı pomidordan tamamilə ayırmamaq şərtiylə kəsin. İçini bıcaq və ya qaşığla oyub çıxardın. Təmizlədiyiniz içi atmayın - bunu ətli iç üçün istifadə edəcəksiniz.
. İndi isə içi hazırlayın. Bunun üçün tavada yağı qızdırın. Əti əlavə edib 3 dəqiqə ərzində, rəngi bir az dönənə qədər bişirin. Soğanı ətə əlavə edib, birlikdə təxminən 15 dəqiqə ərzində qızardın. Oddan kənara çəkin. Göyərtini əlavə edin. İstifadə edirsinizsə, ləpə də əlavə edin. Zövqə görə duz və istiot vurub qarışdırın.
Badımcan, bibər və pomidorların içini bir az duzlayıb-istiotlayın. Bİbər və pomidorların “qapaqlarını” örtün. Tərəzəvləri dərin tavaya yığın. Üstünə 2 qaşıq ərinmiş yağ və ya duru yağ tökün. Tavanın qapağını örtüb dolmaları tam odda təxminən 35-40 dəqiqə ərzində bişirin.

b)Ət qutabı
Lazım olan ərzaqlar:
Un
Su
Çəkilmiş ət (mal əti)
Baş soğan
Duz, istiot
Lavaşana (lavaşana olmasa, su ilə qarışdırılmış tomat pastası)

Çəkilmiş əti və soğanı qarışdırın, duz və istiot qatın. Sonra lavaşananı və ya tomat pastasını bu kütləyə əlavə edib, kənara qoyun. Sonra xəmiri hazırlayın – una biraz ilıq su və duz qatın. Xəmirdən xırda, 70-100 qramlıq kündələr yoğurun. 5-10 dəqiqəlik xəmirləri qırağa qoyun. Sonra kündələri diametri təxminən 1 metrədək yayın. Kiçik bir boşqabla (diametri təxminən 20 sm) açılmış xəmirin üstündə dairələr kəsin.Xəmirin kəsilmiş hissələrini birləşdirib, yeni dairə kəsin. Hazırlanmış ət qiyməsi xəmir dairənin içinə qoyulur və aypara şəklində bükülür, qıraqlarını bərk-bərk yapışdırın. Qutablar yağda qızardılır.Qutabları isti-isti süfrəyə qoyurlar. Qutabı sumaxla da təklif etmək olar.


q)Mimoza salatı

Lazım olan ərzaqlar:
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
3 ədəd orta boy kartof
2 ədəd yumurta
3 ədəd orta boy yerkökü
zövqə görə duz
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
rəndələnmiş Holland pendiri
Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.
Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin.

Kartof, yumurta, kök və toyuğun döş əti qaynadılır. Bunların hamısı soyuduqdan sonra sürtkəcdən keçirilir və sıra ilə üst - üstə düzülür. Yəni ilk olaraq kartof, yumurta, kök, toyuğun döş əti qaba qat – qat şəkilində yığılır. Bunların hər birinin arasına mayonez çəkilib, duz və istiot vurulur. Ən üst qata isə qoz səpilir.


5



Yarpaq Dolması

Lazım olan ərzaqlar:
Düyü - 30 q.
Qoyun əti - 108 q.
Göyərti (keşniş, şüyüd və nanə) - 15 q.
Baş soğan - 20 q.
Tənək yarpağı - 40 q.
Qatıq - 20 q.
Ərinmiş yağ - 10 q.
İstiot
Duz
Darçın

Hazırlanması:

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Sonra ona düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot qatılır. Təzə üzüm yarpaqları qaynar suda pörtlədilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa bir az qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi bişirilir.


6


Badımcan borucuqları pomidorla

Lazım olan ərzaqlar:
4 iri badımcan
4 pomidor
2 bolraq bibəri və bir acı bibər
8 xörək qaşığı bitki yağı
2 xörək qaşığı mayonez
1 baş soğan
0.5 stəkan xırda doğranmış qoz
0.5 stəkan xırda doğranmış cəfəri və ya keşniş

1. Badımcanları qabıqlarını soymadan 0.5 santimetr qalınlığında uzunsov dilimlərə kəsdim. Badımcanı bir qaba yığıb və üzərinə təxminən 2 xörək qaşığı duz səpdim və gözlədim. Sonra badımcanları yuyub, yaxşıca süzdüm
2. Tavada yağı qızdırın. Badımcan dilimlərinin hər iki tərəfini təxminən 5 dəqiqə ərzində qızardın. Tavadakı yağ azaldısa, bir qədər yağ əlavə edin. Badımcanları tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb təxminən 5 dəqəqə müddətində yağını süzdürün.
3.Pomidorları çəngəl ilə bir neçə yerdən deşərək onu da yağda qızardın.Sonra zövqə görə görünüş verin.


7



Ağlayan keks.

Lazım olan ərzaqlar:
Yumurta - 4 ədəd
Şəkər tozu - 2 stəkan
Un - 3 stəkan
Kakao - 1,5 x.q.
Süd – 2 x.q.
Soda – 1 ç.q.

Krem üçün:

Süd – 1 stəkan
Krem şanti – 1 paket

Qlazur üçün:

Süd – 1 stəkan
Un – 1 x.q.
Su – 1 stəkan
Kakao – 1 x.q.

Hazırlanması:

Yumyrta və şəkər tozunu mikserlə azca çalırıq. Sonra süd və kakaonu əlavə edirik. Bir az qarışdırdıqdan sonra unu tökürük. Ən sonda isə sodanı əlavə edib, yağlanmış tavaya töküb, 175 dərəcə isidilmiş sobada bişiririk. Kremi keks soyuduqdan sonra çəkmək lazımdır. Qlazur üçün bütün ərzaqları qarışdırıb, sobada bişirin. Soyuduqdan sonra keksin üzərinə töküb, soyuducuda 20 dəqiqə saxladıqdan sonra süfrəyə verin.



8



Qaymaqli dondurma

Lazım olan ərzaqlar:
1 stəkan süd
1 stəkan qaymaq
1/3 stəkan şəkər tozu
2 yumurta sarısı



9



Nağıl tortu

Resept şəkildə verilib.


10


Barbi tortu...

6 yumurtanın ağını və 1 stəkan şəkər tozu mikserlə çalırıq... Ağ olana qədər,sonra 6 yumurtanın sarısını az - az əlavə edirik və çalırıq... Sonra 1 stəkan un qatıb taxta qaşıqla qarışdırırıq... Bir qaba töküb bişiririk...
Kremini də şanti kremi ya da kərə və qatılaşdırılmış süd ilə hazırlayırıq...
Bu görünüşü hazırlamaq üçün... Biskivitin kənarların kəsib bu hala gətiririk sonra barbi kuklasını içinə qoyub kremləyirik...



Meyvəli tort...

Bunun da biskivitini yuxardakı barbi totundakı kimi hazırlayırıq...
kremi də onun kimi... sadəcə bu tortu hazırlayanda biskivitlərin arasına krem çəkəndə meyvə də qoyun... Və üstünü də meyvələrlə istədiyiniz kimi bəzəyin...

11


Rumuçka (qarışqa yuvası))
Lazım olan ərzaqlar:
1 yumurta
4 xörək qaşığı pesok
4 xörək qaşığı süd
1 çay qaşığı soda
200 qr. Yağ

Ərzaqlar qatılaraq xəmir yoğrulur və xəmir 4 hissəyə bölünərək kündələr halına gətirilir.
Daha sonra bu kündələr yarım saat soyuducuda soyudulduqdan sonra surtkəcdən keçirilərək tavaya tökülür və qarışdıra qarışdıra qızardılır.
Daha sonra 1st. Qoz qovrulur, təmizlənir, xırda xırda doğrandıqdan sonra qızardılmış xəmirə qatılır.
1 ədəd qatılaşdırılmış süd (squşonka) 1 saat qaynadılır.
İsti isti xəmirə qatılır və qarışdırılır. Daha sonra formanı almaq üçün qədəhlərdən istifadə edərək bir qaba düzülərək süfrəyə verilir

12



Əlinə nə keçdi yeməyi
Lazım olan ərzaqlar:
Dili uzun qızların dilindən yarım kilo
Həyətdə bitən göy-göyərti, ot da olar
2 dənə ilan yumurtası
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

nailka

14 Sentyabr 2011 11:42

twk

Sweety

3 Oktyabr 2010 12:49

Axrıncı yemək ən asandıdı gedib gərək onu düzəldək sarcasti

_MooN_

5 Avqust 2010 20:54

lol

DReaM

25 İyun 2010 21:08

EN AXIRINCI RESEPT SUPERDI.... laught

erika_

11 İyun 2010 17:00

twk canim coxsunu bilirem bilmediklerimi yazdim
en cox beyendiyim sonuncu oldu tongue

lai_la

12 May 2010 13:50

Coox tesekkur edirem Londra.En beyendiyim bolmedi.Butun reseptleri goturdum,insallah hazirlayacam.