Loading...
Milli mətbəximiz

Milli mətbəximiz

Loading...
Milli mətbəximiz, tarixi, səciyyəvi xüsusiyyətləri


Azərbaycan milli xörəkləri keçmişdə mis qazanlarda hazırlanmışdır. Bu günün özündə belə bir çox kənd yerlərində mis qazanda bişirilən xörəklər daha dadlı olur. Ona görə də milli Azərbaycan mətbəxinin əşyaları (qazan, süzgəç, tava, sini, kəfkir, abgərdən və s.) əsasən misdən hazırlanır. Qeyd etmək lazımdır ki, keçmişdə olduğu kimi, indi də mis qazanları və qabları vaxtaşırı qalaylayırlar ki, xörəyə və eləcə də orqanizmə həddindən artıq mis düşməsin. Milli xörəklərdən piti aşxana və içərisində də birbaşa süfrəyə verilir.
Milli xörəklərimizin əksəriyyəti mal, qoyun və quş ətindən hazırlanır. Döyülmüş ət ilə hazırlanan xörəklər daha çox yayılıb.
Respublikanın dəniz, göl və çayları müxtəlif balıq növləri ilə, əsasən də ağ və nərə balığı ilə zəngindir. Milli xörəklərin hazırlanmasında daha çox nərə və pullu balıqlardan istifadə edilir.
Süfrəmiz müxtəlif göyərti və tərəvəzlərlə - badımcan, pomidor, şirin istiot (bibər), kələm, ispanaq, turşəng, çuğundur, turp, soğan, xiyar, yaşıl lobya və sairlə zəngindir. Milli xörəklərdə düyüdən və unan hazırlanan müxtəlif çeşidliyi kulinar məmulatı geniş tətbiq edilir.
Xörəklərimizdə ədviyyələrdən zəfəran, cirə, razyana, zirə, dəfnə yarpağı, keşniş toxumu, həmçinin nanə, şüyüd, cəfəri, kərəviz, tərxun, reyhan, kəklikotu və s. gen-bol işlədilir. Bu ətirli - ədviyyəli bitkilərdən zəfəran SSRİ – də yalnız Abşeron yarımadasında becərilir. Azərbaycan kulinariyasında zəfəran əlavə edilməklə 50 – dən çox müxtəlif növ xörək və 10-dan çox şirniyyat mə`lumatı hazırlanır.
Limon, zeytun, yeyinti turşuları – abqora, əzgil – şərab, sirkə, narşərab, alça, albuxara, qora, nar, zoğal axtası, qaysı, lavaşana, sumaq və s. xörəklərimizə ləzizlik gətirir.
Azərbaycan mətbəxində salatın xüsusi yeri vardır. Təzə pomidor, xiyar, şirin istiot, reyhan və keşnişdən hazırlanan salatda tərəvəzləri çox xırda doğrayırlar. Bu cür salat əsas xörəklərlə birlikdə yeyilir.
Azərbaycan milli kulinariyasında 30-dan çox birinci xörək növü var. Bunlara ətdən hazırlanmış xörəklər (piti, küftə - bozbaş, şorba və s.), göyərti və qatıqdan hazırlanmış, xörəklər (dovğa, ovdux, doğramac, balva və s.) aiddir.
Bəzi sulu xörəklərin hər payı ayrığa qabda (piti), yaxud bir neçə pay bir qabda (düşbərə, sulu xingal və s.) hazırlanır.
Adi şorbalardan fərqli olaraq sulu Azərbaycan xörəkləri öz konsistensiyasına görə daha qatıdır, çünki bunların tərkibində, bir qayda olaraq şorba az miqdarda olur.
Azərbaycan milli kulinariyasını fərqləndirən bir xüsusiyyət də ondan ibarətdir ki, bəzən milli xörəklər həm birinci və həm də ikinci xörəyi əvəz edir. Məsələn, piti, küftə-bozbaş və s. Bu xörəklərin əvvəlcə şorbası, sonra şorbada bişmiş qalan hissə (ət, noxud, kartof və s.) ikinci xörək kimi yeyilir.
Azərbaycan sulu xörəklərinin digər bir xarakterik xüsusiyyəti onlarda qoyun quyruğundan istifadə edilməsidir. Quyruq, bir qayda olaraq, xırda doğranmış şəkildə işlədilir.
Milli Azərbaycan mətbəxində sulu xörəklərin hazırlanmasında tomat-pasta və ya tomat-püre çox az istifadə edilir. Bunun əvəzində yayda təzə pomidor, qışda isə qurudulmuş alça (turşməzə tam verməsi üçün) və tərkibində boya maddəsi olan ədviyyat (zəfəran və sarı kök) tətbiq edilir.
Azərbaycan kulinariyasında sulu xingal, xəmiraşı, umac, gürzə, düşbərə və s. kimi undan hazırlanan sulu xörəklər vardır.
Təzə süddən , turşudulmuş süddən və qatıqdan hazırlanan firni, südlü sıyıq, dovğa, kələköş, ovdux və s. geniş yayılmışdır.
Ikinci milli xörəklər əsasən qoyun, həmçinin ev quşlarının ətindən , düyü və tərəvəzdən hazırlanır.
Azərbaycanda ən çox yayılmış xörəklərdən biri plovdur. Bu xorəyin hazırlanmasının 40-a qədər resepti məlumdur. Onlara xuruşun xarakterindən və növündən asılı olaraq müəyyən adlar verilmişdir: qovurma plov, səbzi – qovurma, toyuq plov, şirin plov, südlü plov və s.
Ikinci xörəklərdən kabab xüsusilə qeyd olunmalıdır: basdırma kabab, can ətindən kabab, həvəskar kababı, qaraciyər kababı, böyrək kababı və s. tikə ətdən; lüləkəbab, tavakabab, şamkabab və s. döyülmüş ətdən hazırlanır.
Undan hazırlanan ikinci xörəklərdən xəşil, ətli xingal, süzmə xingal, yarpaq xingalı, qutab (ət, göyərti və boranı ilə), çudu və s. geniş yayılmışdır.
Balıqdan hazırlanmış ikinci xörəklərdən balıq kababı, azərbaycansayağı kütüm küküsü, balıq çığırtması, qiymələnmiş balıq, öz buğunda və suda bişirilmiş balıq, qızardılmış balıq, balıq plov, uzunburun balıq plovu və balıq mütəncimi ən çox yayılmış xörəklərdir.
Ümumiyyətlə, ətdən, balıqdan, tərəvəzdən və undan hazırlanan ikinci xörəklərin sayı 100-dən çoxdur.
Azərbaycan kulinariyasının xörəklərindən plov, piti, lüləkabab, ləvəngi və s. bütün dünyada məşhurdur.
Bizdə xörəklərin süfrəyə verilmə qaydasının özünəməxsus xüsusiyyətləri var: adətən, əvvəlcə çay, sonra birbaşa ikinci xörəklər verilir (azərbaycanlılar məclisdə, şənlikdə və toyda birinci xörək vermirlər). Bu vaxt süfrədə müxtəlif göyərti, təzə xiyar və pomidor (qış fəslində duza və sirkəyə qoyulmuş) olur. Çox zaman nahardan (xüsusilə plovdan) sonra dovqa verilir. Bu, qidanın yaxşı həzm olunmasına kömək edir.
Azərbaycan kulinariyasında üçüncü xörək kimi şirin yeməklər istisna hallarda tətbiq edilir və ona görə də həmin xörəklərin çeşidi məhduddur. Şirin xörəklərdən firni, sucuq, tərək və quymaq daha çox hazırlanır.
Azərbaycanda nahar şərbət və ya şirniyyatla başa çatır.
Azərbaycanın milli şirniyyat məmulatı üç qrupa bölünür: unlu, karameləoxşar və konfetəoxşar məmulatlar.
Unlu şirniyyat məmulatına şəkərbura, paxlava, şəkərçörəyi, Bakı qorabiyyəsi, Azərbaycan nanı, Ordubad ruleti-dürməyi, Qarabağ kətəsi, Quba tıxması, Lənkəran külçəsi, Şamaxı mütəkkəsi, Naxçıvan paxlavası və s. aiddir. Undan hazırlanan milli şirniyyat məmulatının 30-dan çox çeşidi məlumdur. Bununla belə, hər zonanın özünə məxsus xüsusi şirniyyat məmulatı vardır.
Bakıda qədimdən şəkərbura, Bakı paxlavası, şəkərçörəyi və s. şirniyyatlar hazırlanır. Şəki şirniyyatı xüsusi yer tutur. Şəki paxlavası, peşvəng, tel (tər halva), qırmabadam və s. məmulatların hazırlanmasında düyü unu, şəkər, fındıq ləpəsi, kərə yağı, yumurta ağı və ədviyyat işlədilir.
Karameləoxşar şirniyyatdan Azərbaycanda şəkər – pendir, pərvərdə, qoz, fındıq və badam qozinakları, keşnişli noğul, qozhalvası və s. istehsal edilir.
Konfetəoxşar şirniyyatlardan rahatulhulqumu (müxtəlif əlavəli), noğulu, şirəli ənciri, feşməyi və s. göstərmək olar.


Milli mətbəximiz


KABABLAR


TİKƏ KABABI

Qoyun əti - 330q, baş soğan 0 60q, göy soğan - 40q, cəfəri və reyhan 0 10q, sumaq - 3q, və ya nar şərab - 5q, duz, istiot
Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında haqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.


LüLƏ KABAB

Qoyun əti - 330 q, quyruq yağı - 20q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot.
Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub yaxşıca qarışdırılır. Qiymə soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov formaya salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkababın yanına halqavari doğranmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor verilir.


Milli mətbəximiz


TOYUQ KABABI

Toyuq əti - 300q, baş soğan - 35q, keşniş və cəfəri - 25q, duz, istiot, sumaq.
İlk emaldan keçirilmiş toyuq ətpdən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavari doğranmış baş soğan verili rvə üstünə göyərti səpilir. Hind toyuğu kababı da belə hazırlanır.


CÜCƏ KABABI

Cücə - 285q, xama - 10q, baş soğan - 30q, keşniş və cəfəri - 25q, lumu 1/2 əd., və ya narşərab - 25q, duz, istiot.
İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladılıb manqalda qızardılır. Hazır kababın yanında halqavari doğranmış baş soğan verili rvə üstünə lumu dilimi qoyulur.


Milli mətbəximiz


QARA CİYƏR KABABI

Qoyun qara ciyəri - 230q, qoyun quyruğu - 60q, cəfəri - 18q, sumaq - 3q, duz.
Qara ciyər pərdələrdən təmizlənir. 30-40 qr çəkidə doğranır . Qoyun quyruğu 1015 qramlıq tikələrə doğranır və növbə ilə qara ciyərlə şişə taxılır. Manqalda qızartmazdan əvvəl qara ciyərə duzlu su çilənir. Hazır kababın üstünə göyərti və sumaq səpilir.


KARTOF KABABI

Kartof - 350q, qoyun quyruğu - 60q, göy soğan - 40q, cəfəri - 10q, duz, istiot.
Kartof soyulur, iriləri 40-50 qram çəkidə doğranır və qaynar duzlu suda pörtülür (15020 saniyə). Qoyun quyruğu 15-20 qram çəkidə doğranır, növbə ilə kartofla şişə taxılır və manqalda qızardılır. Hazır kababın üstünə göyərti səpilir.


BADIMCANLA QUYRUQ KABABI

Badımcan - 350q, qoyun quyruğu 0 60q, soğan - 40q, cəfəri və şüyüd - 20q, duz, istiot.
Badımcan (xırdaları) təmizlənir, saplağı kəsilir. Qoyun quyruğu 15-20q çəkidə doğranır və növbə ilə badımcanla şişə taxılır. Manqalda qızardılır, süfrəyə verdikdə badımcanın qabığı təmizlənir, quyruqla birlikdə xırdalanır, duz, istiot vurulur və üstünə göyərti səpilir.


Milli mətbəximiz


TAVA KABABI

Qoyun əti - 220q, ərinmiş yağ - 30q, baş soğan - 40q, yumurta - 2əd., şəkər - 5q, sirkə - 10q, keşniş və şüyüd - 25q, duz, istiot. Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir.
Qoyun ətinin yumşaqhissəsi soğanla ətçəkən maşından keçirilir, istiot v ədu vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə bitoçki hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababına kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sweet girl ...

16 İyun 2013 21:32

Ağzımın suyu axdı eee

VaqifAgayev

21 Oktyabr 2011 19:49

lap acdim kash buxebere girmezdim

_MooN_

5 Avqust 2010 20:57

[b]......Ne varsa oz Milli yimeylerimizde dedi tskler......kabab qonaqligi olsa menide cagirin))))))[/
b]

Aska_

11 İyun 2010 19:05

Aydaa bunedi lovely

LaLa

11 İyun 2010 18:56

Agzimin suyu axdi bele xeber qoyarlar? lovely

QLANSE

4 İyun 2010 19:25

lovejoy sUPER

Deviant

6 May 2010 20:48

Sitat: _ZaYkA_
Lap kabab istedim ee


İstədiyin kabab olsun lol

_ZaYkA_

6 May 2010 20:46

lap kabab istedim ee girl_cray

hidayetscorpion

30 Aprel 2010 00:38

BEH BEH.DIIREM INDI BU DEQ DUSHBERE OLARDIEEEEE.ELE LEZZETLI OLARDIKI
____________________________


MENE DOGRULARI DE.XOSBEXT DEILSEN MENIMLE????CEKILEREM ARADAN

Nagil

29 Aprel 2010 21:58

AYDA AC VAXTIMDA LAP KABAB ISTEDIM EEE yerivar

sweet_death

29 Aprel 2010 00:39

Bunları ac vaxtı oxumağın ayrıca ləzzəti var :)

Ruhsar

28 Aprel 2010 23:51

Azerbaycan yemeklerine catmaz hec bir yemek!!!!!!!!

LARACROFT

28 Aprel 2010 23:49

Məncə Azərbaycan mətbəxi bütün mətbəxlərdən yaxşıdı.Öz yeməklərimizi çox sevirəm.Əsas da yarpaq dolmasın.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Lineva

28 Aprel 2010 21:40

ureyim ele pis o yemeklerden istedikiii. recourse

M......

28 Aprel 2010 21:37

ELE HAMISI KABABDIKI MENYUDA BASQA HECNE YOXDU? no

MR.QARRI

28 Aprel 2010 18:47

kabab olsa yeyərdim eeeee......

MASTER-SAN

28 Aprel 2010 18:42

Sitat: _Barbi_
ətsiz yemək yoxdu? bizi də nəzərə alinda

Kabab bes neden olur ...oldume gulmekden .. lol
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

_Barbi_

28 Aprel 2010 18:38

ətsiz yemək yoxdu? bizi də nəzərə alinda smile

Qreqor Zamza

28 Aprel 2010 18:34

Şəkillərdə çox ləzzətli görünür.Bunları görüb acdımee)Britney gəlsə yazacaq Lülə Kabab love ))
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Joy.az_super

28 Aprel 2010 18:23

Yemesem de bishirirem :)
teshekkur

orxan__555

28 Aprel 2010 18:21

Xebere gore cox sagolun

Enigma

28 Aprel 2010 17:46

gozel gorunurler iwtahim acildi...

Deviant

28 Aprel 2010 17:43

Sitat: Pervane-Evropa
Hollandlar Allahin bedbext milletidiede yemek cehetden. Bunlar pendirlemekden bashqa ne bilirler


loooooooooooooooool. Başa düşürəm sizi nə əziyyətlər çəkirsiz))

Ronnie_7

28 Aprel 2010 17:42

Heyif deyil milli yeməklər)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Pervane-Evropa

28 Aprel 2010 17:38

Sitat: CoSa_NoStRa
Holland kababı olmur?)


Hollandlar Allahin bedbext milletidiede yemek cehetden. Bunlar pendirlemekden bashqa ne bilirler

Elif_87

28 Aprel 2010 17:29

Sitat: spc86
Naxcivanin badimcan dolması, Qatiq aşı, Kever plov, qavirma

shok scratch_

AY_AN

28 Aprel 2010 17:20

əladırlar winked

Deviant

28 Aprel 2010 17:04

Sitat: Pervane-Evropa
men indi hardan tapim kabab????


Holland kababı olmur?)

Pervane-Evropa

28 Aprel 2010 16:59

Ay Allah men kakab istedim fetir arasi, men indi hardan tapim kabab????
Muellif xahish edirem bele movzulari yerleshdirende yazinki ureyi zeif olanlar girmesin xebere:)))

fabregas105

28 Aprel 2010 16:50

love love yoxdu da bizim yemeklerden