Loading...
2 original piroq

2 original piroq

Loading...
1.Adi piroq xəmiri ilə iki orijinal piroq hazırlayaq.


Xəmir üçün lazım olan ərzaqlar:

Yumurta 1 ədəd

Droj-1 xörək qaşığı

Şəkər tozu  4 xörək qaşığı

Qatıq,süd,su-təqribi götürün

Kərə yağı 1 xörək qaşığı

Günəbaxan yağı 5 xörək qaşığı

Duz azca

Un 400 qram

Hamısını qarışdıraraq xəmir yoğurursunuz.Onu isti yerə qoyursunuz ki,gəlsin.Yarım saatdan sonra bir də yoğurub təzədən gəlməyə qoyursunuz.



Xəmir gəlincəyə qədər digər ərzaqları hazırlayırsınız.


3 hissəyə bölürük xəmirimizi.Kiçik,bir az böyük,daha böyük.



Böyük və daha böyük götürdüyümüz hissələri də 4 yerə bölürük.


Sonra şəkillərdə göztərilən ardıcıllıqla piroqu hazırlayırsınız.


Hər qatın arasına yağ çəkirsiniz.


İstəsəniz zövqə görə hər qatın arasına şəkər tozu və yaxud sevdiyiniz cem əlavə edə bilərsiniz,amma cem çəkərkən çox diqqətli olmaq lazım,çünki cem  axıb yana bilər.


Orta hissəyə də həmçinin cem əlavə edib yumru edə bilərsiniz.


Xəmiri təkrar gəlməyə qoyursunuz.
Sonra üzərinə yumurta çəkirsiniz və yenə də zövqə görə bəzəyirsiniz:xaş-xaş,küncüt və kokos ilə.180 dərəcə temperaturda sobada bişirisiniz.

2.Eyni xəmirdən ikinci bir piroqu da hazırlaya bilərik.Amma bu zaman 400 qram un götürmüsünüzsə xəmiri iki hissəyə bölün və içini fərqli ərzaqlarla doldurun.


Burda xaş-xaşla hazırlanan içlikdən istifadə olunub.
İçlik üçün lazım olan ərzaqlar:yarım stəkan xaş-xaşı suda yumşaldıb 3 xörək qaşığı şəkər tozu əlavə edərək qarışdırırıq.
(Digər içlik üçün kakos seçə bilərsiniz.Hazır etdiyiniz qatı kərə yağı ilə yağlayıb üzərinə şəkər tozu səpin,onun da üzərinə kakos.Zövqə görə götürün)


Rulet kimi hazırlayıb sonluğunu kəsin götürün


Ruletin sonlıuğunu birləşdirərək 1 sm enində tam sonadək olmadan qayçı ilə
kəsin.Şəkildə daha aydın görünür.


Sonra piroqumuza forma verməyə başlayırıq.Birinci kəsimi içəri qatlayırıq.


Sonrakı iki kəsimi olduğu kimi saxlayırıq


Yenə bir kəsim içəri qatlayıb sonrakı ikisini olduğu kimi saxlayırıq.


Piroqu axıradək bu qayda ilə (1 içəri,2 bayıra) formaya salırıq.


Lap əvvəl piroqun sonluğundan kəsdiyimiz hissələri gül formasına salıb piroqumuzun ortasına qoyuruq


Bir qədər saxlayırıq,xəmir tam özünə çəksin ərzaqları.Sonra üzərinə yumurta çəkərək sobada bişiririk.20 dəqiqəyə hazır olacaq

Nuş olsun.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

27 İyun 2013 02:18

Piroq severim,yanında çay olanda vapşem severim.

gozel207

10 Avqust 2010 11:22

xaşxaş əvəzinə meyvə əla olar məncə, suyu çıxmıyam meyvə tənii ki...

_MooN_

5 Avqust 2010 21:00

reseptini ogurladim cox sagol

_LoVe_YoU_

12 İyul 2010 20:31

tskler ..............ama bunlar elede xowuma gelmedi ama tenede kim teskil edibse tskler....

Arimse

30 May 2010 22:26

Cox sağolun bu receptlərə götə Hazırladım və evdəkilər bəyəndilər

glamour_24

28 Aprel 2010 05:08

ele mende bu resepti goturdum duzeldecem gorum hele ne alinir

_Ayka_19

26 Aprel 2010 18:56

reseptini ogurladim cox sagol

Paris

24 Aprel 2010 17:10

Sitat: CoSa_NoStRa
Piroqu ver, sonra bee

Yaxşıda Funti empathy piroq tapsan mənədə göndər aciq

LARACROFT

23 Aprel 2010 23:42

Bu gün elə anam 2 original piroq hazırlamışdı.Bu resept qalsın sonraya
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Estela

23 Aprel 2010 22:32

Londra,
riskdir axı o qədər ərzağı ziyan etmək)))amma yaxşı sınayacam))bir haldakı mürəkkəbdir lap əla çətinləri də öyrənmək lazımdı))

Deviant

23 Aprel 2010 22:32

Sitat: Paris
Yaxşı küsmə empathy empathy empathy laughing


Piroqu ver, sonra bee

denizim

23 Aprel 2010 22:30

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

Paris

23 Aprel 2010 22:27

Sitat: CoSa_NoStRa
bee

Yaxşı küsmə empathy empathy empathy laughing

Deviant

23 Aprel 2010 22:25

Sitat: Paris
Yat, indi yuxuda hazırını yeyəcəsən

bee

Paris

23 Aprel 2010 22:21

Sitat: CoSa_NoStRa
Aha)) Bir az tez)) Acam))

Yat, indi yuxuda hazırını yeyəcəsən sarcasti

Deviant

23 Aprel 2010 22:20

Sitat: Paris
Bu dəqiqə qaçırıq pişirməyə


Aha)) Bir az tez)) Acam))

Paris

23 Aprel 2010 22:18

Sitat: CoSa_NoStRa
Bişirin, göndərin yeyim)))

Bu dəqiqə qaçırıq bişirməyə lol biggrin sarcasti

Deviant

23 Aprel 2010 22:14

Bişirin, göndərin yeyim)))

Paris

23 Aprel 2010 22:09

Sitat: Londra
İştahın pis deyil laughing

Əlbətdə pis deyil nyam
Sənin indi qarşında o piroqun hazırı olsaydı yeməzdin? winked

Paris

23 Aprel 2010 21:58

Hazırlayacam fellow çox sadə reseptlərdi biggrin

Kaş indi hazırı olaydı məndə yavaş-yavaş muşqulat edərdim nyam

MASTER-SAN

23 Aprel 2010 21:14

xanimlar piwirir kiwiler dadina baxir .bir olsaydi menim ucun piwirerdi....
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

GizLi_DünYa

23 Aprel 2010 21:09

chox gözel görünüshleri var,hazirlayib,yoxlamaga deyer
--------------------
Sənin yeni sevgilini görəndə başa düşdüm ki, mən həqiqətən gedərkən hər şeyi özümlə aparmışam. Hətta sənin zövqünü də.

Estela

23 Aprel 2010 20:10

axirincini çox bəyəndim))1ci bir az çətin gəldi)sınayacam boş vaxtımda)(olsa)


ay yoxee indi diqqətlə 2 yə baxdım bu da çətindi(((Londra mən hələ təzə öyrənmişəm yemək işini sad bular mürəkkəbdir

Moren

23 Aprel 2010 20:03

Hazıra baş nazir

Humanist

23 Aprel 2010 17:46

Gozel gorunur. Yoxlayaram gorek alinir?

Ayka Ronaldo

23 Aprel 2010 17:22

Dadli piroqa oxsayir.

SabishKa

23 Aprel 2010 17:16

Istədim lap :)

Əlimdən gəlmir )gəlsəydi gedib hazırlayardım ))

Rufat

23 Aprel 2010 15:57

Sitat: _SENSELESS_LIFE_
Mən verərəm verməsinə

Gözləyirəm winked
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Senseless_life

23 Aprel 2010 15:55

Sitat: Rufat
Elə yazacaqdım ki, kim mənimçün bişirər? Gördüm ki, sən bişirəcəyini yazmısan. Mənə də verəcəksən?

Mən verərəm verməsinə amma inan sən yemək istəməzsən)

Rufat

23 Aprel 2010 15:53

Sitat: _SENSELESS_LIFE_
vaxt olan kimi eləyəcəm ikincini)

Elə yazacaqdım ki, kim mənimçün bişirər? Gördüm ki, sən bişirəcəyini yazmısan. Mənə də verəcəksən? winked
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...