Loading...
Düşbərə - Resept

Düşbərə - Resept

Loading...
Düşbərə - Resept
 
İnqrediyentlər:

Qoyun əti (mal əti və ya dana əti ) – 500 qram
Baş soğan – 2 baş
Quru nanə – 1 xörək qaşığı
Un
Duz, istiot – zövqə görə

Hazırlanması:

Bərk xəmir yoğrulur.

Ət soğanla birlikdə maşından keçirilir, zövqə görə duzlanır, yaxşı-yaxşı qarışdırılır, xəmir nazik yayılır və 2x2 yaxud  2,5x2,5 sm kvadratlara kəsilir. Hər kvadratın üstünə qiymə qoyulur. Sonra kvadratlar əvvəl  üçbucaq şəklində bağlanır, sonra da üçbucağın küncləri  bir-birinə birləşdirilir.

2 litr su qaynadılır, duzlanır, bütün düşbərələr qaynar suya tökülür və onlar üzə çıxan kimi qazan oddan götürülür. Süfrəyə verərkən, üstünə quru nanə  və sarımsaqlı-sirkə tökülür.

Bu xörəyi əvvəlcədən hazırlanmış ət və ya toyuq bulyonunda da bişirmək olar. Bir qaşığa orta hesabla 5-8 düşbərə yerləşməlidir, lakin Abşeronun kəndlərində elə usta xanımlar var ki, onların  hazırladığı düşbərələr çox kiçik olduğundan hər qaşığa hətta 20 düşbərə də yerləşə bilər! 

Nuş olsun!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ayka

3 İyun 2015 11:29

Tesekurler

Angel

5 Aprel 2015 13:04

En sevdiyim yemeklerden biridir

Ahu 05

15 Fevral 2015 12:31

xosim gelir bu yemekden

emiwka

15 Fevral 2015 09:13

Sevirem bu yemeyi
--------------------
Getdim Sagolun