Fon yüklənir...
Загрузка...

Sobada Toyuq

Загрузка...

Soabada Toyuq

 

Ərzaqlar:

 

1 toyuq

2 limon

6 - 8 diş sarımsaq
2 - 3 ədəd təzə kəklik
3 - 4 ədəd adaçayı
60 qr kərə yağı
Duz
 
Hazırlanması:
 
Sobada toyuq: Bütün toyuğu yaxşıca yuyub qurudun. Toyuğu şüşə soba qabına sinə qisimi yuxarıda qalacaq şəkildə qoyun. Qanadlarını toyuğun altına doğru sıxışdırın. Təzə kəklikotu və adaçayı yarpaqlarını doğrayın. Sarımsaqların qabıqlarını soyub 1 dənəsini əzin, digərlərini bütün buraxın. 1 limonun qabığını soyun və yumru - yumru dilimləyin. Digər limonu dörd hissəyə bölün. Kiçik bir kasada yumşadılmış kərə yağı, doğranmış otları və 1 diş əzilmiş sarımsağı duz və qara bibərlə qarışdırın. Qarışığı toyuğun dərisini qaldıraraq altına sürün. Dilimlədiyiniz limonları da dərinin altına yerləşdirin. Qalan yağı toyuğun üstünə sürtün. Sarımsaqları və dördə bölünmüş limonu toyuğun içinə doldurun. İstəsəniz təzə ədviyyat da əlavə edə bilərsiniz. Qıçlarını mətbəx ipiylə bağlayın. Üzərinə təkrar duz və qara bibər səpin. Əvvəldən 180 dərəcədə isidilmiş sobada təxminən 1 saat bişirin. Sonra istiliyi 220 dərəcəyə yüksəldin və 20 dəqiqə daha qızarana qədər bişirin. 10 dəqiqə soyudub sonra xidmət edin.
 
Nuş Olsun!
Загрузка...

ŞƏRHLƏR

Su zambağı

6 İyun 2015 14:38

Əla.hazırlayaram.bunu belə bilmirdim.mən toyuğa mayenez vururdum.
loading...
Загрузка...