Fon yüklənir...
Загрузка...

Balıq Piroqu

Загрузка...

Balıq Piroqu

 

Tərkibi:

1 kq hazır mayalı xəmir 

İçlik:

Sümüksüz balıq filesi
Qara istiot
Duz
Bitki yağı 
Baş soğan
Kərə yağı 
3 bişmiş yumurta
Bərk pendir 
1 yumurtanın sarısı

Hazırlanması:

1) Fileni doğrayın, duzlayıb-istiotlayıb azacıq bitki yağında tam qızardın. Soğanı xırda doğrayıb kərə yağında qovurun.

2) Bişmiş yumurtaları halqa halında doğrayın.

3) Xəmir yoğurmaq üçün 15 q mayanı ilıq suda həll edin, içinə 1 ç.q. şəkər tozu əlavə edin. 15 dəqiqə saxlayın. Sonra 1 x.q. bitki yağı, un, duz əlavə edib yumşaq, elastik xəmir yoğurun. 2 saat isti yerdə saxlayın. Xəmiri yayın. Oxlova dolayıb perqamentin üstünə qoyun. Dördbucaqlı formasında kəsin. Xəmirin artıqlarını bir kənara qoyun.

4) Xəmirin ortasına içlik qoyun: birinci qızardılmış balığı, sonra qovrulmuş soğanı, sonra isə sürtgəcdən keçirilmiş pendiri. Kənarlarını fiqurlu bıçaqla ortaya doğru 4 sm enində hissələrə kəsin. Quyruq tərəfini içinə pendir səpin, xəmiri üst-üstə qatlayın. Xəmirdən borucuqlar düzəldib halqa formasına salın, içinə yumru istiot dənəsi qoyun.

5) Boyun hissəsində yarıq əmələ gəlibsə, oraya da xəmirdən pulcuqlar kəsib yapışdırın. Üçbucaq xəmir parçalarından üzgəc düzəldin.
"Balığ"ın üstünə yumurta sarısı çəkib 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!
Загрузка...

ŞƏRHLƏR

Ahu 05

28 Noyabr 2014 14:20

hec beyenmedim...
loading...
Загрузка...