Yaşıl Almalı və Çuğundurlu Salat
Загрузка...
Ərzaqlar:
1-2 ədəd çuğundur
1 ədəd yaşıl alma
1 ədəd baş soğan
Şüyüd
Alma sirkəsi
Bitki yağı
Duz
Bibər
Hazırlanması:
Yaşıl almanın qabığını soyun və kub şəklində doğrayın. Limon şirəsi əlavə edin. Bişmiş çuğundur da həmçinin kub şəklində doğranılır. Soğanı və şüyüdü xırda - xırda doğrayın. Hazırlanmış ərzaqları salat qabına əlavə edin. Uzərinə bir qədər alma sirkəsi, bitki yağı, duz və ətirli istiot əlavə edilib qarışdırın.
Nuş olsun!
Загрузка...
loading...