Fon yüklənir...
Загрузка...

Çörək Salatı

Загрузка...

Çörək Salatı

 

Ərzaqlar:

 

100-150 qram çörək
3 pomidor
1 xiyar
Cəfəri
Göy soğan
2-3 diş sarımsaq
1 baş soğan

Sous üçün:

2 x.q. bitki yağı
2 x.q. zeytun yağı
1 x.q. sirkə
1 ç.q xardal

Hazırlanması:

Çörəyin qabığını çıxarıb soyuq suda isladın, sonra isə xırdalayın. Pomidorların qabığını qaynar su vasitəsilə təmizləyin, pomidoru xırda doğrayın. Xiyarı xırda kublar şəklində doğrayın. Göy və baş soğanı xırda doğrayın, sarımsağı əzin. Bunların hamısını qarışdırıb 1-2 saatlığa soyuducuya qoyun. Sousun ərzaqlarını qarışdırın. Süfrəyə xidmət edərkən salatın üzərinə sous gəzdirib, doğranmış göyərti səpin.

Nuş olsun!
Загрузка...

ŞƏRHLƏR

Su zambağı

8 İyun 2015 18:28

Bu mənlik deyil
Çox sağğ olun yenədə...

Ahu 05

23 Noyabr 2014 12:21

soganli salat sevmirem
loading...
Загрузка...