Fon yüklənir...
Загрузка...

Almalı - Qozlu Keks

Загрузка...

Almalı - Qozlu Keks

 

Ərzaqlar:

 

3 yumurta
1,5 stəkan süd
1,5 stəkan duru yağ
1,5 stəkan şəkər
1 paket vanil
1 paket qabartma tozu
Aldığı qədər un

Üzəri üçün:

5 ədəd alma
1,5 stəkan ixırdalanmış qoz
1 stəkan şəkər
1 yemək qaşığı darçın
 
Hazırlanması:

Əvvəlcə almaları iri kub - kub doğrayın. Üzərinə şəkəri, darçını və qozları əlavə edib qarışdırın və keks xəmirini hazırlayana qədər gözlədin. Keks üçün 3 yumurta və şəkəri yaxşıca köpürənə qədər çırpın. Daha sonra süd, sonra yağ əlavə edib 2 dəqiqə çırpmağa davam edin. Son olaraq unu, qabartma tozu və vanili əlavə edib çırpın. Yağlanılmış nimçəyə əvvəl keks xəmirini töküb daha sonra üzərinə hazırladığınız alma, qoz qarışığını əlavə edirin. Əvvəldən isitdiyiniz sobada 160 dərəcədə təxminən 35-40 dəqiqə bişirin.
 
Nuş Olsun!
Загрузка...

ŞƏRHLƏR

Ahu 05

22 Noyabr 2014 12:44

dadli gorsenir.. nyam
loading...
Загрузка...