Fon yüklənir...
Загрузка...

Quru Börək

Загрузка...

Quru Börək

 

Ərzaqlar:

 

1 yumurta
1 çay stəkanı duru yağ
2 çay stəkanı süd
1 şirin qaşığı duz
4-5 su stəkanı un
Nişasta 

İç vəsaiti:

Sərt ağ pendir və holland pendiri qarışığı

Hazırlanması:

1 yumurta, 1 çay stəkanı duru yağ, 2 çay stəkanı süd və duzu bir qabda qarışdırın. Qarışığa 3 stəkan un əlavə edərək yoğurun. Yaxşıca yoğuraq və yumşaq bir xəmir hazırlayın. Daha sonra bu xəmiri 3 hissəyə bölün. Sonra böldüyümüz hər bir parçanı da 8 hissəyə bölün. Nişasta əlavə edib bir fincanla xəmirləri uyğun hissələrə bölün. Nişasta köməyi ilə açdığınız səkkiz xəmiri üst üstə qoyun. Beləcə səkkiz qatlı üç parça əldə edin. Üç qatın hər birinin kənarlarına əlimiz ilə basdırın ki , açarkən xəmirlər öz içində sürüşməsin. Üçünü də ayrı-ayrı eyni paxlava xəmiri kimi normal yuxa ölçüsündə açın. Açdığınız xəmiri ortadan ikiyə kəsin. Kəsdiyiniz kənarlara rəndələnilmiş ağ pendir, holland pendirini qarışdıraraq hazırladığınız iç xərcindən əlavə edib rulo kimi sarıyın. Bu ruloları bıçaqla 8-9 parçaya bölün. Xəmirləri nimçəyə düzdükdən sonra 200 dərəcəlik sobada bişirin.
 
Nuş Olsun!
Загрузка...

ŞƏRHLƏR

Ahu 05

13 Noyabr 2014 15:17

tesekkurler....

emiwka

12 Noyabr 2014 10:31

gonusunu beyenmedim
--------------------
Getdim Sagolun
loading...
Загрузка...