Fon yüklənir...
Загрузка...

Badımcan Souslu Makaron

Загрузка...

Badımcan Souslu Makaron

 

Vəsaitlər:

• 1 paket makaron
• 3 ədəd badımcan
• 3 ədəd pomidor (qabığı soyulmuş və doğranmış)
• 2 yemək qaşığı kərə yağı
• 2 ədəd bibər
• 2 diş sarımsaq
• Yarım şirin qaşığı tomat
• 1 şirin qaşığı toz şəkər
• Duru yağ
• Duz

Hazırlanması:

1. Makaronu qaynatmaq üçün, dərin bir qazana suyu qoyub qaynadın. Qaynayan suya 1 qaşıq duru yağ və duz əlavə edib makaronları qaynadın. Qaynadılan makaronu süzün və kərə yağını əridib makaronu yağlayın.

2. Daha sonra doğradığınız badımcanları duru yağda qızardın.

3. Pomidorların qabığını soyub incə-incə doğrayın. Tavaya əlavə etdiyiniz yağda bibərləri, pomidorları və sarımsaqları qızardın. Sonra bir miqdar duzu və şəkəri əlavə edib bişirin.

4. Xidmət qabına makaronları əlavə edib üzərinə sous əlavə edib, xidmət edin.
 
Nuş Olsun!
Загрузка...

ŞƏRHLƏR

emiwka

8 Noyabr 2014 11:08

sevirem makaronu twkk
--------------------
Getdim Sagolun

Ahu 05

8 Noyabr 2014 09:38

ele men de bugun makaron hazirlayacam
loading...
Загрузка...