Loading...
Almalı Krem Karamel

Almalı Krem Karamel

Loading...

 Vəsaitlər:

 

7 ədəd orta boy alma 
1 çay stəkanı şəkər tozu 
1 şorba qaşığı darçın 
1 şorba qaşığı döyülmüş qoz-fındıq 

Krem üçün: 

3 ədəd yumurtanın sarısı 
1 su stəkanı şəkər tozu 
1 su stəkanı un 
4 su stəkanı süd 

Üzəri üçün: 

3 ədəd yumurtanın ağı 
Yarım çay stəkanı şəkər tozu 

Hazırlanması:

Almaları soyun, kub şəklində doğrayaraq qazana əlavə edin. Üzərinə şəkər tozu əlavə edib, almaları bişirin. Ocaqdan götürüb üzərinə darçın və döyülmüş fındıq əlavə edin. Kiçik boy şüşə soba qablarına almalı xərci paylaştırın. Digər tərəfdən, bir qazana 1 su stəkanı şəkər tozu və unu əlavə edib qarışdırın. Üzərinə yumurta sarılarını və südü əlavə edib ocağa qoyun. Davamlı qarışdıraraq bişirin. Ocaqdan götürüb mikserlə iki dəqiqə çırpın. Qarışığı almalı xərc qoyduğunuz qablara paylaştırın. Yumurta ağlarını bir qaba əlavə edərək üzərinə şəkər tozu əlavə edin. Yumurta ağları qar halına gələnə qədər çırpın və qabların ən üstünə bu qarışığı tökün. Əvvəldən isidilmiş 180 dərəcə sobada krem karamel üstləri qızarana qədər bişirin. Soyuduqdan sonra xidmət edin.

Nuş Olsun!

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

24 Avqust 2014 22:52

Dadlı görünmür
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

FIORE

24 Avqust 2014 19:28

Sitat: sevinc m-zada
leziz gorunur :)
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

sevinc m-zada

24 Avqust 2014 14:57

leziz gorunur :)
--------------------
love Koray İzitaş Vine love

Ahu 05

24 Avqust 2014 09:40

dadli gorunur...