Loading...
Yumurtalı Çiy Küftə

Yumurtalı Çiy Küftə

Loading...

 Vəsaitlər:

 

4 çay stəkanı küftəlik yarma 
1 kiçik quru soğan 
2 diş sarımsaq 
1 yemək qaşığı tomat pastası 
Yarım qaşıq bibər pastası 
Duz 
Qara bibər 
1 limon 
4 yumurta 
1, 5 çay stəkanı zeytun yağı 
Bir qab dolusu doğranmış cəfəri və təzə soğan 
Qırmızı bibər
 
Hazırlanması:

Qırmızı bibəri doğrayıb, bir qaba əlavə edib gözlədirik. Yarmanı çiy küftə qabına qoyub və üzərinə quru soğan doğrayıb, sarımsaqları əzib əlavə edirik. Cəfəri və təzə soğan xaricində bütün materiallar əlavə olunur. Limonu da yuyub, 4 parçaya ayırıb, yarmaya əlavə edirik. Qırmızı bibəri də əlavə edib, yoğururuq. Yoğrulan zaman küftəyə su əlavə edilmir, əllər isladılaraq yoğurulur. Yarma yumuşaldıqda, limonları çıxarırıq. Yumurtaları da bir tərəfdə çırpıb, qızın yağda bişirilir. Əvvəl yumşalan yarmaya yumurtanın yağı süzdürülür. Sonra göyərtiləri də əlavə edib bir az qarışdırılır. Ən son yumurtalar da əlavə olunaraq qarışdırılır. 
 
Nuş Olsun!

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

15 Avqust 2014 13:52

Çox dadlı yeməyə oxşuyur
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

15 Avqust 2014 10:05

yeye bilmerem bunu....