Loading...
Ballı Badamlı Tort

Ballı Badamlı Tort

Loading...

Vəsaitlər: (Keks üçün)


3 ədəd yumurta 
400 ml  krem 
1 stəkan şəkər 
1 paket vanilli pudinq 
1 paket qabartma tozu 
1 paket vanil 
Apardığı qədər un 

Üzəri üçün: 

300 qram yarpaq badam 
150 qram kərə yağı 
3 yemək qaşığı şəkər 
6 - 7 qaşıq bal 
 
Hazırlanması:

Əvvəlcə keksimizi hazırlayırıq. 3 yumurta, şəkər və vanil krem halına gələnə qədər çırpırıq. Üzərinə puding toz və kremi əlavə edib qarışdırırıq. Son olaraq un və qabartma tozunu əlavə edib 2 - 3 dəqiqə çırpırıq. Yağlanmış soba nimçəsinə hazırladığımız qarışımı tökürük. İsidilmiş sobada 180 dərəcədə əvvəlcə 15 dəqiqə qədər bişiririk. Bu vaxt üzəri üçün: tavaya kərə yağını bir az əridib üzərinə badamı əlavə edib yüngül rəngi dönənə qədər qovururuuq. Son olaraq şəkəri və balı əlavə 2 dəqiqə daha bişiririk. Sobada 15 dəqiqə bişən keksimizi çıxarıb çəngəl ilə hər tərəfinə bir neçə dəfə batıraraq deşirik. Üzərinə hazırladığımız ballı badamı yayıb 10 dəqiqə daha sobada bişiririk. Bir az soyuduqdan sonra doğrayıb süfrəyə xidmət edirik.
 
Nuş Olsun!

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

FIORE

25 Avqust 2014 19:49

Pudinq varsa dadı körlandı
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

Night Wolf

14 Avqust 2014 01:16

balı o qədər də xoşlamıram
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

sevinc m-zada

11 Avqust 2014 12:11

buna benzer bir wey yemiwdim :)
--------------------
love Koray İzitaş Vine love

Swifter

10 Avqust 2014 14:19

Lezzetli gorunur.

Ahu 05

10 Avqust 2014 10:03

dadli gorunur.... nyam