Loading...
Mini Sendviçlər

Mini Sendviçlər

Loading...

 Vəsaitlər:

3 su stəkanı ilıq süd 
1 paket maya 
1 su stəkanı ərinmiş yağ + yarım su stəkanı duru yağ 
2 şorba qaşığı şəkər 
3 çay qaşığı duz 
Aldığı qədər un (təxminən 7-8 su stəkanı) 

Arası üçün:
150 qr qədər ağ pendir 
3-4 yemək qaşığı krem pendir 
Cəfəri 
2 ədəd yumurta sarısı 
 
Hazırlanması:

Südü bir az qızdırıb, yoğurma qabına əlavə edib, şəkər və maya əlavə edib qarışdırırıq. Ardından yağ əlavə olunub, yavaş yavaş un və duz əlavə edib, yapışmayan, yumşaq şəkildə xəmir yoğurulur. Gözəlcə bağlayıb 1-1,5 saat mayalandırırıq. Mayalanan xəmirdən qoz böyüklüyündə parçalar götürüb dəzgahda diyirlənib nimçəyə düzürük. Yumurta sarısı sürtüb, əvvəlcədən qızdırılmış 200 dərəcə sobada qızarana qədər bişiririk. Bu vaxt ağ pendiri əzib, krem pendirlə birləşdiririk. Cəfərini kiçik - kiçik şəkildə doğrayırıq. Tək-tək bıçaqla araları kəsilərək pendirli qarışımdan sürtüb bağlayırıq. 
 
Nuş Olsun!

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

14 Avqust 2014 01:46

əla görünür təbii
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

sevinc m-zada

5 Avqust 2014 10:44

ela gorunur)))
--------------------
love Koray İzitaş Vine love

Ahu 05

5 Avqust 2014 09:07

sandvicleri cox xoslayiram.