Loading...
Qar topu şirniyyatı

Qar topu şirniyyatı

Loading...


Vəsaitlər:

5 ədəd yumurta 
1 fincan toz şəkər 
1 fincan un 
1 paket qabartma tozu 
1 paket vanil 

Kremi üçün: 
3 fincan süd 
3/4 fincan un 
8 yemək qaşığı toz şəkər 
2 yemək qaşığı kərə yağı və ya marqarin 

Arasına (arzuya görə) : 
Şokolad, çəkilmiş badam, fındıq, püstə və s. 

Üst vəsaiti üçün: 
Hind qozu (bulamaq üçün) 
2 paket krem şanti 
 
Hazırlanması:

Bir qaba, yumurta və şəkəri əlavə edib mikserlə 10 dəqiqə qədər çırpırıq. Un, qabartma tozu və bir paket vanil da əlavə qarışdırırıq. Duru yağ ilə yağlanmış düzbucaqlı nimçəyə hazırlanmış qarışımı töküb və 170-175 dərəcədə 35-40 dəqiqə da bişirilir. Keks bişənə yaxın kremi hazırlayırıq. Bir qazana, süd, un və şəkəri əlavə edib, pudinq konsistensiyasında bişirilir. Bişdikdən sonra altı söndürülür, yağı əlavə olunub və mikser ilə yağ əriyənə qədər çırpırıq, kremi soyumağa buraxırıq. Krem şantini də süd ilə çırpıb, soyuducuya qoyuruq. Bişən keksin üstünü soyub götürürük. Keksi dilədiyiniz böyüklükdə kəsə bilərsiniz və bu parçaları yenidən ikiyə kəsib kremi sürtürük. Arzuya görə damla şokolad, badam qoyuruq və rulo şəklində sarıyırıq. Bu parçaları sonra hind qozuna bulayırıq. Soyuducuda 4 saat gözlədikdən sonra xidmət edirik. 
 
Nuş Olsun!

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

14 Avqust 2014 01:54

çox ləziz görsənir
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Swagy Angel

6 Avqust 2014 11:52

cox gozel goruntusu var

melisa can

4 Avqust 2014 20:05

wirniyati cxo sevirem.)

emiwka

4 Avqust 2014 18:21

Sitat: Dark PrincesSa
ayy necədə şirin və ləzzətli görünür
--------------------
Getdim Sagolun

Dark PrincesSa

3 Avqust 2014 11:33

ayy necədə şirin və ləzzətli görünür

sevinc m-zada

3 Avqust 2014 11:29

hazirlmişam bunu)))))))
--------------------
love Koray İzitaş Vine love

Ahu 05

3 Avqust 2014 09:44

hazirlmisam bunu,cox dadli olur