Loading...
Qatıqlı irmik şirniyyatı

Qatıqlı irmik şirniyyatı

Loading...

Vəsaitlər: 

 

3 yumurta 
3 qəhvə fincanı toz şəkər 
4 qəhvə fincanı un 
1 qəhvə fincanı duru yağ 
1 su stəkanı manna yarması 
1 paket qabartma tozu 
1 paket vanil 
3 şorba qaşığı qatıq 

Şərbəti üçün: 

3 su stəkanı su 
3 su stəkanı toz şəkər 

Üzəri üçün: 
Hind qozu
 
Hazırlanması:
Yumurta və toz şəkəri krem halına gələnə qədər çırpırıq. Qatıq, manna yarması, un, duru yağ, qabartma tozu, vanil də əlavə edərək bütün vəsaitləri təkrar qarışdırırıq. Nimçəni yağlayıb, hazırladığımız xəmiri tökürük. 190 dərəcəyə qurduğumuz sobada xəmirimizin üzəri qızarana qədər bişiririk. Şərbət vəsaitlərini də qarışdırıb qazda qaynadırıq. Sobadan çıxan xəmirin üzərinə şərbəti əlavə edirik. Soyuduqdan sonra üzərinə hind qozu əlavə xidmət edirik. 
 
Nuş Olsun!

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

14 Avqust 2014 02:06

dadlıya oxşamır
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

LlLesiARe

30 İyul 2014 11:40

Hmm dadliya oxwayir

sevinc m-zada

30 İyul 2014 11:17

xebere gore tsk)
--------------------
love Koray İzitaş Vine love

Ahu 05

30 İyul 2014 10:12

tesekkurler...