Loading...
Toyuqlu pide

Toyuqlu pide

Loading...


Lazım olanlar:

Xəmir üçün
1 stəkan qatıq
1 yumurtanın ağı
1 xörək qaşığı duz
1,5 stəkan zeytun yağı
3 stəkan un

Ət içliyi üçün:

2 ədəd toyuq döşü
2 ədəd pomidor
3-4 ədəd yaşıl bibər
2 ədəd soğan
1,5 stəkan zeytun yağı
2 çay qaşığı ədviyyat qarışığı
1 xörək qaşığı pomidor sousu

Hazırlanması:

Xəmiri hazırlamaq üçün qatıq, yumurtanın ağını, zeytun yağı, duz, un və mayanı qarışdırb elastik ələ yağışmayan xəmir əldə edin. Lazım olduğu halda az miqdarda un əlavə etmək olar. Xəmirin üstünü örtüb gəlməsini gözləyin. Toyuq döşünü, pomidor, bibər, və soğanı kiçik kublar şəklində doğrayın. Sonra zeytun yağını qızdırıb, doğranmış ərzaqları əlavə edib qovurun. Suyunu saldıqdan sonra toyuğu əlavə edin. Duz, istiot və digər ədviyyatları əlavə edib, toyuğun rənginin dəyişməsinə qədər qızardın. Bişənə yaxın yarım stəkan suda həll etdiyimiz 1 xörək qaşığı tomat pastasını əlavə edib, suyu çəkilənə qədər bişirin.

Xəmiri unlayıb təkrar yoğurduqdan sonra 4 bərabər hissəyə bölün. Sonra həmin hissələri yuxa şəklində yayın. Açdığınız hissələrin ortasına toyuqlu qarışıqdan 3 xörək qaşığı qədər qoyub xəmirin sol və sağ kənarlarını rulet şəklində qatlayın. Sonra yan kənarları büzərək birləşdirin. Xəmirin üzərinə yumurta sarısı və zeytun yağı sürtüb kəklikotu səpin.

Alınan pideləri 180 C-dək isitdiyiniz sobada 30-40 dəq. ərzində qızaranadək bişirib, isti-isti yeyin.
 
Nuş Olsun! nyam
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

FIORE

25 Avqust 2014 19:56

Bu çox dadlı olur nyam
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

NICKY

16 İyul 2014 14:45

Pide pizza lahmacun hamsini cox xowduyuram datdi olurlar nyam
--------------------
♡♡♡

Night Wolf

16 İyul 2014 13:27

Anam bişirb çox dadlıdı.
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

16 İyul 2014 11:44

pideleri cox xoslayiram nyam

sevinc m-zada

16 İyul 2014 11:31

aydaa ne leziz gorunur )
--------------------
love Koray İzitaş Vine love

Starbucks

16 İyul 2014 10:42

Hah, dünən elə beynimə düşdü, getdik iftarada yedim))
--------------------
Follow İnstagram: @anti_standart

ARR

16 İyul 2014 10:36

Heç yeməmişəm. Dadlı olar yəqin. Təşəkkürlər