Loading...
Balqabaq küftəsi

Balqabaq küftəsi

Loading...

 

 

Vəsaitlər:

Yarım kq qabığı soyulmuş balqabaq 
2 ədəd yumurta 
10 şorba qaşığı un 
Duz 
Qara bibər 
2 diş sarımsaq 
Yarım dəstə cəfəri 

Sous üçün:

4 ədəd pomidor 
2 diş sarımsaq 
1 stəkan duru yağ 
1 şirin qaşığı reyhan 
Yarım dəstə cəfəri 
1 çay stəkanı rəndələnilmiş holland pendiri

Hazırlanması:
 
Soyulmuş balqabağı duzlu suda qaynadıb, süzün və püre edin. İçinə yumurta, un, duz, qara bibər, əzilmiş sarımsaq və incə doğranmış cəfərini əlavə edib, qatılaşana qədər qarışdırın. Daha sonra bir qazana su və duz əlavə edib, qaynadın. Qaynayan suya şorba qaşığı ilə aldığınız qabaqlı qarışıqdan atın. Küftələr suyun üstünə çıxdıqdan sonra 5 dəqiqə daha qaynadıb, süzgəcli xidmət qabına qoyun. Ayrı bir yerdə sousu hazırlayın. Bunun üçün pomidoru rəndələyin. Əzilmiş sarımsaq, duru yağ, reyhan və incə doğranmış cəfərini əlavə edib, suyunu çəkilənə qədər bişirin. Sousu, bişən küftələrin üzərinə gəzdirin. Üzərinə rəndələnilmiş holland pendiri səpib, xidmət edin. 

Nuş olsun!

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

a_y_a_n

27 İyul 2014 18:45

balqabaq yemiwem amma xowlammaiwam

sevinc m-zada

25 İyul 2014 21:55

Balqabaqla aram yoxdur yenede xebere gore tsk)
--------------------
love Koray İzitaş Vine love

ARR

7 İyul 2014 20:15

Görünüşü gözəldi .Ama dadının yaxşı olması...... Mən yeyə bilmirəm balqabaq

Starbucks

7 İyul 2014 19:47

Balqabaqla aram yoxdur :|
--------------------
Follow İnstagram: @anti_standart

Night Wolf

7 İyul 2014 14:24

Məncə o qədər də dadlı olmaz çünki balqabaq xoşlamıram. yenədə təşəkkürlər
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

7 İyul 2014 12:42

sarimsaq var,hec vaxt yeye bilmerem

Dark PrincesSa

7 İyul 2014 10:27

iyrəncdi bu bədi belə fuu

Emily_01

7 İyul 2014 09:12

Terkibindeki balqabaq + yumurta + sarımsaq bes etdi

Terkibindeki balqabaq + yumurta + sarımsaq bes etdi ao