Loading...
Gavalı Piroqu

Gavalı Piroqu

Loading...
 
Tərkibi:

115 qram Westgold kərə yağı
2 yumurta
160 qram şəkər tozu (stəkanın 3/4-ü)
225 qram un (bir stəkan yarım)
Bir çimdik duz
2 çay qaşığı qabartma tozu
4-5 gavalı
Üstü üçün şəkər kirşanı (mütləq deyil)

Hazırlanma Qaydası:

Kərə yağını əridib kənarda soyudun.İri kasada yumurta və şəkər tozunu bir neçə dəqiqə çalın (rəngi bir qədər açılmalıdır).Kərə yağını əlavə edib qarışdırın. Ayrı qabda un, duz və qabartma tozunu qarışdırın.Unlu qarışığı yumurtalı kütləyə töküb qarışdırın.Kənarları çıxan yumru formanın içini yağlayın. Xəmiri buraya boşaldıb yayın.Gavalını çox nazik olmayan dilimlərə kəsib, dilimləri xəmirin üstünə dairəvi şəkildə düzün. İstəyə görə gavalıları sıx-sıx ya da aralı olaraq düzə  bilərsiniz (şəkildə gördüyünüz düzüm aralıdır).Sobanı 190Cdək qızdırın. Formanı sobanın orta gözünə yerləşdirib piroqu təxminən 30 dəqiqə, yaxud üstü bir qədər qızaranadək bişirin. Hazır piroqun içinə kibrit basıb çıxartdığınızda kibrit quru çıxırsa, piroq hazırdır. Piroqu soyuduqdan sonra süfrəyə verin. İstəyə görə üstünə şəkər kirşanı da səpə bilərsiniz.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

sevinc m-zada

29 İyun 2014 16:20

havalini cox xoslamiram bir azca anton gavalisini xoslayiram amma yene de xebere gore tsk :)))

Sitat: sevinc m-zada
havalini cox xoslamiram bir azca anton gavalisini xoslayiram amma yene de xebere gore tsk :)))

baqislayin gavalini
--------------------
love Koray İzitaş Vine love

Aslanova Deniz

29 İyun 2014 14:57

he,isti-isti yedim.heqiqi cox dadlidir,hem asan,hemde dadli meslehet gorurem hamiya hazirlasinlar.

Night Wolf

29 İyun 2014 14:53

Sitat: Aslanova Deniz
tewekkurler,dadli idi.......

nədi artıq hazırlıyıb yediz smile
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Aslanova Deniz

29 İyun 2014 14:38

tewekkurler,dadli idi.......

Night Wolf

29 İyun 2014 12:27

dadlı olar yəqin
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

LlLesiARe

29 İyun 2014 11:02

Ela gorunur...

Ahu 05

29 İyun 2014 10:02

lezzetli gorunusu var.......

Dark PrincesSa

29 İyun 2014 09:23

gavalnı bəyənmirəm qaldıki piroqu