Loading...
Laminqton Ruleti

Laminqton Ruleti

Loading...
 

Tərkibi:

Biskvit üçün:
Un-100 q
Qabartma tozu- 1 ç.q
Yumurta-3 ədəd
Şəkər tozu-100 q
Qarğıdalı nişastası-1 x.q

Krem üçün:

33 % qaymaq-500 q
Jelatin-10 q
Bişmiş krem-250 q (süd-250 q; şəkər tozu-60 q; yumurta sarıs-1-2 ədəd; qarğıdalı nişastası-20-25 q)
Giləmeyvə cemi
Kokos ovuntusu
Çiyələk
Şokalad krem
Şəkər kirşanı-300 q
Kakao-35 ü
Süd-60-80 q

Hazırlanması:

1. Biskvit hazırlamaq üçün: yumurta ilə şəkər tozu ağaranadək mikserlə çalınır və qarğıdalı nişastası, qabartma tozu, ələnmiş un əlavə edilib taxta qaşıq ilə qarışdırılır. Xəmir kalka qida kağızının üzərinə nazik yayılır və listə yerləşdirilib qabaqcadan 180 dərcəyədək qızdırılmış sobada 15-20 dəq. hazırlanır.

2. Krem hazılamaq üçün: jelatin adi qaydada suda açılır. Ayrıca hazırlanan bişmiş krem isti jelatinə əlavə edilib qarışdırılır. Alınan krem ilıq halına salınır, ona qaymaq əlavə edilir və qarışdırılır. Hazır krem otaq temperaturunda olduqda 30 dəq. soyuducuda saxlanılır.

3. Bişmiş krem üçün: şəkər tozu 200 q süddə odun üzərində qarışdırlaraq əridilir. Qarışığa dayanmadan qarışıdırlaraq bir-bir yumurta sarısı vurulur. Qarğıdalı nişastası 50 q soyuq süddə qarışdırılıb kremə vurulur və mikserlə çalınır.

4. Sobadan çıxarılmış xəmir soyudulur, üzərinə əvvəlcə cem, sonra krem yayılır, yarıya bölünmüş çiyələklər düzülür və səliqəli formasında bükülür.

5.Şokalad krem hazırlamaq üçün:nəzərdə tutulan ərzaqlar qarışdırlıb əridilir. Krem isti halda qaba əlavə edilir. Rulet əvvəlcə şokaladlı kremin içinə salınır, sonra kokos ovuntusunda urvalanır.

6. Hazır rulet çiyələklə bəzədilir.
 
 Nuş Olsun!  nyam
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

31 May 2014 17:28

bunu da yememiwem ama twk pardon
--------------------
Getdim Sagolun

Ahu 05

30 May 2014 17:12

tesekkurler....... morning

Night Wolf

30 May 2014 11:45

Sitat: Dark PrincesSa
Night Wolf günahmz nədi bizə belə zülm verirsən səhər ac qarına

mocking
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Dark PrincesSa

30 May 2014 10:50

Night Wolf günahmz nədi bizə belə zülm verirsən səhər ac qarına cheers