Loading...
Kakaolu-Albalılı Qurabiyə

Kakaolu-Albalılı Qurabiyə

Loading...
Kakaolu-Albalılı Qurabiyə



Ərzaqlar:
1 stəkan + 1/4 stəkan + 3 xörək qaşığı un
1 + yarım stəkan şəkər kirşanı (pudrası)
1/3 stəkan şirinləşdirilməmiş kakao tozu
1 xörək qaşığı qarğıdalı nişastası
1/4 çay qaşığı duz
115 qram soyuq kərə yağı – xırda-xırda doğrayın
yarım stəkan doğranmış quru albalı
1/3 stəkan buz kimi soyuq su
1/4 çay qaşığı vanil ekstraktı (vanilla extract)

Hazırlanma Qaydası:
İri qabda un, şəkər kirşanı, kakao tozu, nişasta və duzu qarışdırın.Kərə yağını əlavə edib çəngəllə kütlə ləpə boyda komalar halına gələnədək döyün. Üzərinə quru albalını əlavə edin, qarışdırın.
Ayrı qabda su və vanil ekstraktını qarışdırın. Sonra bu qarışığı tədricən unlu qarışığa əlavə edin və çəngəllə qarışdırın. Xəmir bir qədər yapışqan olacaq. Bu normaldır.
Alınan xəmiri mətbəx selofanına (plastic wrap) qoyun və bükün. Sonra əlinizlə xəmirə uzunsov şəkil verin (eyniylə kolbasa kimi). “Kolbasa”nın uzunluğu 30 sm olmalıdır. Onu sellofana yaxşıca sarıb konfet kimi kənarlarını bükün. Qoyun soyuducuda ən azı 1 saat qalsın. Nə qədər çox qalsa, o qədər yaxşıdır. Xəmir bir az bərkiyəcək.
Sobanı 175C-dək qızdırın. İri listin dibinə kalka kağızı sərin.
Xəmiri soyuducudan çıxardın və1.2 sm qalınlığında dairələrə döğrayın. Dairələrin şəkli əzilsə əlinizlə düzəldin. Qurabiyyələri listə 5 sm aralıqla düzün. 15 dəqiqə ərzində bişirin. Hazır qurabiyyələrin üstü bir qədər yumuşaq qalmalıdır (elə biləcəksiniz ki, bişməyiblər, amma əslində bişiblər). Sobadan çıxardın. Qoyun listdə soyusunlar. Bu müddət ərzində qurabiyyələrin üstü bir az bərkiyəcək.

Nuş Olsun! nyam
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

4 İyun 2015 12:25

Mence dadliolar
--------------------
Getdim Sagolun

sevgi meleyi zema

15 Mart 2014 11:32

tskler xebere gore dostlar

Prosta Wirin

13 Mart 2014 22:23

Biwirdeysiler men de hamisini yeyerdim:(

Men de isdiyiremmm:((((

Nahid-19

7 Mart 2014 14:08

Düzəldən olseydi dadınada baxardıq winked ....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Night Wolf

7 Mart 2014 12:19

nə bilim belə xoşuma gəlmədi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!