Loading...
​Külək nə vaxta qədər davam edəcək?

​Külək nə vaxta qədər davam edəcək?

Loading...

"Hazırda Bakıda müşahidə olunan güclü külək axşam saatlarına qədər davam edəcək".


Bunu ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.


Onun sözlərinə görə paytaxtda gecədən bəri müşahidə olunan küləyin gücü hazırda 30-35 metr/saniyəyə çatıb: "Gün ərzində də Bakıda güclü şimal-qərb küləyi davam edəcək. Gecəyə doğru zəifləyəcək. Sabahdan etibarən isə şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəzlənəcək".

G.Məmmədova bildirib ki, hazırda rayonlarıda dağlıq ərazilərdə yağıntılı hava müşahidə olunur: "Qubanın Qrız ərazisində qarın hündürlüyü 8 sm-ə çatıb. Bölgələrdə də noyabrın 17-si səhər saatlarından etibarən yağıntıların kəsəcəyi, havanın mülayimləşəcəyi gözlənilir".

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR