Loading...
Polis əməkdaşı saxta COVID-19 pasportu satır? - AÇIQLAMA

Polis əməkdaşı saxta COVID-19 pasportu satır? - AÇIQLAMA

Loading...

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elmar Gülməmməd oğlu Xankişiyev saxta COVID-19 pasportu satdığı yerdə saxlanıldığı iddia edilib. 


E.Xankişiyevin Neftçala RPŞ-nın rəisi Vüsal Şəbəndiyevin adamı olduğu və müxtəlif adamlara saxta COVID-19 pasportu satdığı qeyd edilib. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov cavab olaraq bildirib ki, polis əməkdaşı Elmar Xankişiyev bir müddət öncə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric olunub:


“Hazırda Neftçala RPŞ-də xidmət etmir. Odur ki, bu qanun pozuntusunun polis əməkdaşı tərəfindən törədilməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir”.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR