Loading...
Özəl məktəblərdə illik təhsil haqları necə dəyişir? - Araşdırma

Özəl məktəblərdə illik təhsil haqları necə dəyişir? - Araşdırma

Loading...

Artıq bir neçə həftədir ki, bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Ümumorta təhsil 6 yaşdan etibarən uşaqlar üçün məcburidir. Şagirdlər dövlət təhsil müəssisələrində və özəl məktəblərdə tədris prosesinə cəlb olunurlar. Özəl məktəblərdə müəəyyən məbləğdə təhsil haqı tətbiq olunsa da, şagirdlər dövlət məktəblərində ödənişsiz formada təhsil almaq imkanı əldə edirlər. Bəzən valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün özəl məktəblərə üz tuturlar. Bəs özəl məktəblərdə təhsil dövlət məktəblərindən nə ilə fərqlənir? Məktəblərdə nəqliyyat xidməti, qidalanma, dərsdən sonra əlavə dərnək və məşğələlər, əlavə olaraq 2-3 xarici dilin öyrədilməsi və ya tədrisin yalnız xarici dildə aparılması əsas fərqlilikdir. Lakin nəqliyyat xərcləri, məktəbli forması, dərs vəsaitləri, bəzi hallarda qidalanma və s. xərclər təhsil haqqına daxil deyil. Qiymətlər təhsil pilləsindən asılı olaraq (ibtidai, orta və tam orta təhsil) fərqlənir. Bundan əlavə, qiymətlər Azərbaycan, rus və ingilis dilli qruplara görə dəyişir. Azərbaycan bölməsinə nisbətən xarici bölmələrdə illik təhsil haqları yüksəkdir. İngilis bölməsində isə qiymət daha bahadır. Bəzi məktəblərdə tədris yalnız ingilis dilində aparılır. Fərq yalnız yerli ingilis dilli və xarici müəllimlərdədir. Xarici müəllimlərin tədrisi yerli ingilis dilli müəllimlərə nisbətən baha olur. Dərslərdən sonra şagirdlər ev tapşırığını, daha sonra isə əlavə məşğələlərlə vaxtlarını səmərəli keçirirlər. Siniflərdə şagird sayının az olması da tədrisin keyfiyyətinə təsir edən başlıca amillərdəndir. Bəzi məktəblərdə mütəmadi imtahanlar keçirilir. Nəticəsi yüksək olanlara 10-15% endirim də tətbiq olunur. Eyni zamanda, əgər məktəbə bir ailədən 2 və daha çox uşaq gedərsə, təhsil haqqında endirim olur. Bəs bu məktəblərin təhsil haqları nə qədərdir? Daha ətraflı Banco.az-ın hazırladığı araşdırma cədvəlindən məlumat ala bilərsiniz.


Onu da qeyd edək ki, bəzi məktəblərin filiallarında ünvandan asılı olaraq qiymətlər fərqli ola bilər.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR