Loading...
Sayt rəhbəri Ramiz Göyüşovdan rüşvət alarkən yaxalanıb - TƏFƏRRÜAT + YENİLƏNİB

Sayt rəhbəri Ramiz Göyüşovdan rüşvət alarkən yaxalanıb - TƏFƏRRÜAT + YENİLƏNİB

Loading...

Azadinfo.az saytının rəhbəri Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə “Report”a onun vəkili Mehman Muradlı məlumat verib.


Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun sözlərinə görə, Mahir Xəttabın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.


15:04


Azadinfo.az saytının rəhbəri Mahir Xəttab rüşvət alarkən yaxalanıb.


Bu barədə Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.


Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi Rayon Məhkəməsinə aparılır.


Vəkil bildirib ki, Mahir Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR