Loading...
Sərnişinlərin NƏZƏRİNƏ: Yeddi marşrut xəttinin istiqaməti dəyişdirilir - RƏSMİ

Sərnişinlərin NƏZƏRİNƏ: Yeddi marşrut xəttinin istiqaməti dəyişdirilir - RƏSMİ

Loading...

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilir.


Bu barədə Joy.az-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.


Mövsümi xarakterli dəyişikliyə əsasən, aşağıdakı marşrut xətlərinin hərəkət istiqaməti sabahdan dəyişdiriləcək:

101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;

107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;

146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək;

179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;

180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək;

182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək;

189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR