Loading...
Cəmil Həsənlinin qızının videosunu kim yayıb? - Cavablar

Cəmil Həsənlinin qızının videosunu kim yayıb? - Cavablar

Loading...
Ötən gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümü tamam oldu. Bu ilki ildönümü tamam fərqli ab-havada idi. Çünki təhlükəsizlik orqanlarının yaranışı müharibədən sonra ilk dəfə qələbə ruhunda qeyd edilirdi.

Digər tərəfdən təəssüflə qeyd etmək lazımdır ki, ötən gün ölkə gündəmini həm də "Cəmil Həsənlinin qızının intim videosu yayıldı” başlıqlı xəbər zəbt etdi. Məhz DTX-nın ildönümündə bu cür informasiyanın tirajlanması istər-istəməz ağıllarda suallar yaradır.

Sözügedən videonun yayılması qurumun özəl gününə kölgə salmaq məqsədimi daşıyır? Niyə bu sual?

Bunun üçün sadəcə Cəmil Həsənlinin yayılan video ilə bağlı açıqlamasına diqqət etmək kifayətdir. Həsənli həmişəki kimi şəxsi problemlərində belə birbaşa ölkə başçısını və təhlükəsizlik xidmətini günahlandırır. Onun sözlərinə görə, guya dövətin təhlükəsizlik orqanları bu məsələyə səfərbər edilib.

102-ci ildönümündə dırnaqarası piar-ın aparılması dövlətimizin milli-mənəvi təhlükəsizliyini zərbə altına almaq deməkdir. Görünür, DTX-nın nüfuzuna zərər yetirmək istəyənlər kifayət qədərdir. Videonun çəkilib yayılması da bu istiqamətdə atılan addımlardan biridir.
Halbuki hər kəsə məlumdur ki, milli təhlükəsizlik orqanları 44 günlük müharibə zamanı, həmçinin ondan sonra, elə indi də Azərbaycanın gözəgörünməz qoruyucusu olub. Gizli deyil ki, Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və Şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.

Unutmaq olmaz ki, Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur.

Belə olduğu halda, videonu gizli çəkənlər niyə məhz milli təhlükəsizlik orqanlarının yaranma gününü gözləyirdi?

Sanki hansısa gözə görünməz qüvvələr DTX-nın Anti-Korrupsiya tədbirlərinə əngəl olmaq istəyir.

Sadəcə jurnalist müşahidəsi anlamağa kifayət edir ki, anti-korrupsiya tədbirləri başlayandan bu günə qədər Azərbaycanda, eləcə də xaricdə təhlükəsizlik xidmətlərinə çamur atmaq istəyənlər peyda olub.

Bəs bu videonu kim yaya bilərdi?

- Vətən müharibəsində qələbədən sonra yaranmış milli birliyi və həmrəyliyi pozmaq istəyən 5-ci kolon təmsilçiləri

- antikorrupsiya tədbirləri çərçivəsində həbs edilən oliqarxların yaxınları

- dövlətin milyonlarla vəsaitini mənimsəmiş və həbs sırasının onlara çatacağından qorxaraq gündəmi dəyişənlər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR