Loading...
Bakıya giriş-çıxışa qoyulan qadağa ilə bağlı - AÇIQLAMA

Bakıya giriş-çıxışa qoyulan qadağa ilə bağlı - AÇIQLAMA

Loading...

Koronavirusa gündəlik yoluxma, eyni zamanda aktiv xəstə sayında nəzərə çarpacaq dərəcədə azalma olarsa, sərt karantin qaydaları yumşaldıla bilər.


Ölkə ərazisində karantin qaydalarının yumşaldılması məsələsi geniş müzakirə olunan məqamlardan biridir. Məsələyə münasibət bildirən Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib ki, sərt karantin qaydaları mərhələli şəkildə aradan qaldırılmalıdır:

"Bu gün ölüm sayına baxanda həyatını itirənlərin böyük hissəsi yanaşı xəstəliyi olan və ya yaşlı şəxslərdir. Təbii ki, sərt karantin tədbirləri mərhələli şəkildə aradan götürülməlidir. Birdən-birə karantin tədbirlərinin götürülməsi xəstələrin sayının yenidən artmasına səbəb ola bilər.

Sərt karantin tədbirləri mərhələli şəkildə aradan qaldırıldığı zaman 65 yaşdan yuxarı insanların evdə oturması məsləhətdir. Bu, əsas faktorlardan biridir. İnsanlar anlamalıdır ki, yanaşı xəstəliyi olanlar özlərini müəyyən qədər təcrid etməlidirlər.


Bu gün statistikaya baxsaq görərik ki, ümumi yoluxanların 50-52 faizi Bakı şəhərinin payına düşür. Bu səbəbdən də Bakıda giriş-çıxışın açılması məqsəduyğun olmazdı".

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR