Loading...
Qələbə paradının aparıcısı bəlli oldu - FOTO

Qələbə paradının aparıcısı bəlli oldu - FOTO

Loading...
Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçiriləcək Zəfər paradının aparıcısı bəlli olub.

Tədbirin ssenari müəllifi və aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.
Müdafiə Nazirliyinin məlumatına görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR