Loading...

"Vasmoy bazarı" bağlanıb? - RƏSMİ AÇIQLAMA

Loading...

Bakının ən məşhur bazarlarından biri olan "8-ci kilometr bazarı"nın bağlanması ilə bağlı məlumatlar yayılıb.


Barədə sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində bildirilib.

Qeyd olunub ki, "Vasmoy" bazarı pandemiya səbəbindən fəaliyyətini dayandırıb. Həmçinin vurğulanıb ki, bazarda bir çox iş yeri və giriş bu gündən etibarən bağlanıb.


Məsələ ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra başçısının müavini İldırım Mehdiyev Joy.az-ə bildirdi ki, bazarın geyim satılan hissəsi virusa görə bağlanıb.

Hazırda "Vasmoy" bazarında 4 meyvə-tərəvəz satılan hissə var. Meyvə-tərəvəz satılan hissə hələ də işləyir. Oranın bağlanması ilə bağlı isə bizə heç bir məlumat daxil olmayıb”, - deyə İldırım Mehdiyev bildirib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR