Loading...
Azərbaycanda koronavirusdan 12 nəfərin ölməsi iddiasına - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusdan 12 nəfərin ölməsi iddiasına - RƏSMİ AÇIQLAMA

Loading...

"1987-ci il təvəllüdlü Gülnar Namaz qızı Əliyeva iki gün öncə Mərkəzi Klinik Xəstəxanada vəfat edib"


Belə bir iddia ilə bəzi müxalifətyönümlü səhifələr çıxış ediblər.  

İddia olunur ki, qadın bir neçə gün öncə ağciyərlərin iltihablanması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

"Sədərəkdə kiçik sahibkar kimi işləyirdi. Onun obyekti Çin mallarının sıx satıldığı yerdə idi. Həkim xəstə yaxınlarına deyib ki, eyni diaqnozla artıq 12 nəfər dünyasını dəyişib.


Bu məlumat panika filan yaratmaq üçün deyil, sadəcə rəsmi orqanlar mütləq şəkildə əhalini məlumatlandırmalıdır və maarifləndirməlidir.

Xəstəlikdən maksimum qorunmanın yollarını anlatmalıdır, əlavə tədbirlər görülməlidir. Gizlətməklə nəsə etmək çıxış yolu deyil, bunu illərdir deyirik". 

İddialara görə, Gülnar Əliyeva koronavirusdan vəfat edib.


Məsələyə aydınlıq gətirmək üçün Mərkəzi Klinik Xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Kamran Musayev Joy.az-ə bildirdi ki, yazılan bütün məlumatlar yalandır.


“Bütün bu xəbərlər həqiqəti əks etdirmir. Bizim xəstəxanada ölüm qeydə alınmayıb. Ümumiyyətlə, bizim xəstəxanaya Gülnar Namaz qızı Əliyeva adlı xəstə daxil olmayıb”, - deyə Kamran Musayev bildirib.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyindən isə bildirdilər ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb və bu diaqnoz heç kimə qoyulmayıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Загрузка...