Fon yüklənir...
Загрузка...

İctimai çimərliklərdə nələr pulsuz olacaq? – Rəsmi

Загрузка...

İctimai çimərliklərdə vətəndaşlarımız və əcnəbilər zəruri olan bütün avadanlıqlardan pulsuz istifadə edə biləcəklər.


Bu sözləri açıqlamasında ictimai çimərliklərin dövlət çimərliklərindən fərqi barədə danışan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov deyib. O bildirib ki, bu çimərliklərə hər kəs sərbəst daxil olaraq, çimərlik ərazisindəki çətirlərdən, köşklərdən, stol-stullardan və geyinmə-soyunma otaqlarından heç bir ödəniş etmədən istifadə edə bilərlər.


Qeyd edək ki, bu gün BŞİH Səbail rayonu Şıx ərazisində və Novxanı qəsəbəsi də daxil olmaqla, ümumilikdə 7 ərazidə ictimai çimərliklər yaradılacağı barədə məlumat yayıb.

Загрузка...
loading...
Загрузка...