Fon yüklənir...
Загрузка...

“Kazbekə şey basım fırlanım”ı oxuyan Vüqar saxlanıldı -RƏSMİ AÇIQLAMA

Загрузка...
Son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılmışdır.

Məsələ ictimai rezonans doğurmuş və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olmuşdur. 

DİN rəhbərliyinin tapşırığına əsasən bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilmiş və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. 

Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, V.Abdullayev narkotik istifadəçisidir. 

İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcəkdir.
Загрузка...
loading...
Загрузка...