Loading...
Xəstə uşaq üçün toplanan pulu aldadaraq kartdan oğurlayan

Xəstə uşaq üçün toplanan pulu aldadaraq kartdan oğurlayan "Həci" tutuldu

Loading...
Polis əməkdaşlarının operativliyi sayəsində leykoz xəstəliyindən əziyyət çəkən 3 yaşlı Aylin Dadaşovanın müalicəsi üçün açılan bank hesabından oğurluq edən şəxs saxlanılıb.

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Aylinin anası Rahilə Dadaşova  yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR