Loading...

Avropanın ən sürətli avtomobilləri bəlli oldu!
Avtodünya
- 30 Avqust, 2010
- 5 192 Baxış
Loading...
Avropanın ən sürətli avtomonbilləri siyahısında ilk beş avtomobil:
Ariel Atom 100km/saat 2.5 san

Bugatti Veyron 100 km/saat 2.5 san

SSC Ultimate Aero

Gumpert Apollo

Lamborghini Murcielago

Almaniyanın «Auto Motor und Sport» nəşri ən sürətli avtomobillərinin reytinqini dərc edib. Reytinq Avropa baz
arında satılan avtomobillərin sürət göstəriciləri əsasında tərtib olunub. Ən sürətli avtomobillər siyahısına çəkisi cəmi 456 kq olan «Ariel Atom 500» avtomobili başçılıq edir. Belə ki, həmin avtomobil 100 km/saat sürətini cəmi 2,5 saniyəyə yığır və mühərrikinin həcmi 3 litr (500 at gücü) təşkil edir. İkinci yerdə «Bugatti Veyron» avtomobili qərarlaşıb. Həmin avtomobilin 100 km/saat sürətini yığması və eyni dinamikası üçün mühərriki 1001 at gücündə olmalıdır. İlk üçlüyü isə «SSC Ultimate Aero» avtomobili tamamlayır. Daha sonra iki nadir avtomobil – «Gumpert Apollo» və «Radical SR3» siyahıda dördüncü və beşinci yerlərdə qərarlaşıb. «Lamborghini Murciélago LP 670-4 SV» avtomobili isə reytinqdə yalnız altıncı yeri tutub.
Ən «ləng» avtomobillər siyahısına isə «Volkswagen Multivan 1.9 TDI» modeli başçılıq edir. Həmin avtomobil 100 km/saat sürətini 23,6 saniyəyə yığır. Siyahıda ikinci yerdə «Peugeot Expert Tepee 1.6 HDI» avtomobili (100 km/saat sürəti 21,1 saniyəyə yığır), üçüncü yerdə isə «Citroen Berlingo HDi 75» (20,4 caniyə) qərarlaşıb.Ləng avtomobillər siyahısında həmçinin «Mercedes», «Renault», «Opel» və «Lada» kimi avtomobil modelləri də yer alıb.

OXŞAR XƏBƏRLƏR
Загрузка...