Loading...
Bakıda

Bakıda "bərkgedən" məmur yol polisinin üstünə "protiv" sürdü - VİDEO

Loading...

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün videogörüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində birtərəfli hərəkət təşkil edilmiş yolun əksi istiqamətində hərəkət edib. O, axına qarşı gedərək qarşıdan gələn 99-YP-512 qeydiyyat nişanlı YPX avtomobilinin üzərinə sürüb. Bundan sonra sürücü təhlükəsizlik adacığının üzərinə çıxaraq oradan sağa dönüb.


10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Çingiz Qədimova məxsusdur. O, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini və həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR