Loading...
Azərbaycanda bu avtomobillər ucuzlaşacaq - AÇIQLAMA

Azərbaycanda bu avtomobillər ucuzlaşacaq - AÇIQLAMA

Loading...

Gələn ildən “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir.


Məsələ ilə bağlı Millət vəkili Vüqar Bayramov açıqlama verib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək.

“Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur.


Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar olacaq”, - deyə deputat bildirib.

Vüqar Bayramov deyir ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq:

“Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğ

unu nəzərə alsaq həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Söhbət, təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir.

Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq.

Elektrik mühərrikli avtomobillərin də vergidən azad olunması da müsbət haldır. Bu ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər”.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR