Loading...
Bu şossedə qoşa xətti “it yerinə

Bu şossedə qoşa xətti “it yerinə" sayan yoxdu - VİDEO

Loading...

Bakının Binəqədi şossesində qoşa xətti tapdalayaraq əks istiqamətə çıxan sürücülərin qayda pozuntusu kameraya düşüb. 


90-FR-350 10-UN-816 markalı avtomobillərin sürücüləri tıxacda dayanmaqdansa qayda pozmağı üstün tutsalar da onların bu hərəkəti kameradan yayınmayıb. Bu cür sürücülər qayda pozmaqla yanaşı qarşı yolda hərəkətdə olan digər sürücülər üçün qəza şəraiti yaradır.


Qeyd edək ki, Binəqədi şossesində qoşa xəttin tələbi sürücülər tərəfindən tez-tez pozulmaqdadır. Görünür yoldakı kameralar və yazılan cərimələr bu cür sürücülərə azlıq edir. 


Xatırladaq ki, hər iki sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat və 4 bal cərimə olunmalıdır.


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR