Loading...
Bu küçədə parklanmaya görə kütləvi cərimə yazılır- Sürücülərdən şikayət - VİDEO

Bu küçədə parklanmaya görə kütləvi cərimə yazılır- Sürücülərdən şikayət - VİDEO

Loading...

Paytaxtın Nəsib bəy Yusifbəyli ilə Azadlıq prospektinin kəsişdiyi küçədə  sürücülərin durmasını qadağan edən 3.28 nişanı quraşdırılıb. Bu küçədə cərimələnən bir neçə sürücü redaksiyamıza  şikayət ünvanlayıb. Onlar bildirir ki, sözügedən küçədə sıxlıq və intensiv hərəkət olmadığı bir halda durmanı qadağan edərək işimizi çətinləşdirirlər.


Avtosfer.az xəbər verir ki, bu küçədə iş yerləri, mağazaları olanlar, uşaq baxçasına övladlarını yola salan valideynlər avtomobillərini saxlamağa yer tapa bilmir. Baxçaya övladını qoyub geri qayıdan valideynlər cərimə ilə üzləşir.


“Tikinti getdiyi üçün maşın saxlamağa icazə yoxdur. Yeni qanun belədir” – bunu polis əməkdaşı cərimələdiyi sürücülərdən birinə deyib.
Ümid edirk ki, Bakı Nəqliyyat Agentliyi  sürücülərin şikayətlərini araşdırmaq məqsədi ilə həmin küçəni yenidən müayinə edərək quraşdırılmış nişanın nə dərəcədə ehtiyac olub-olmadığına baxacaq.


 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR