Loading...
“Audi” yeni “Q7”-ni təqdim etdi – FOTO

“Audi” yeni “Q7”-ni təqdim etdi – FOTO

Loading...

 

"Audi” ikinci nəsil "Q7”-ni təqdim edib.

Yeni model ABŞ-ın Detroyt şəhərində debüt olunacaq, doğma Almaniyada isə 2015-ci ilin yaz mövsümündə 74 min dollardan başlayan qiymətə satışa çıxarılacaq.
 
Avtomobilin qabariti: 5,05×1,97×1,74 metr təşkil edir. "Audi Q7” 3 litrlik dizel mühərriklə (218 və 272 at gücü) 100 kilometrə 5,7 litr yanacaq sərf edir. Avtomobil 3 litrli V6 şəklində olan benzin mühərriklə (333 at gücü) 100 kilometrə 7,7 litr yanacaq sərf edir. Avtomobilin 100 km-ə qədər sürətlənməsinə 6,1 saniyə sərf olunur.
 
Avtomobilin geniş təqdimatı 2015-cü ilin yanvarında ABŞ-ın Detroyt şəhərində keçiriləcək. "Audi Q7” üçün sifariş gələn ilin yaz mövsümündən başlayacaq.

 





Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR