Loading...
Porsche rodster Boxster S-i dəyişdi

Porsche rodster Boxster S-i dəyişdi

Loading...
Seriya avtomobillərinin fərdiləşdirmək imkanlarını nümayiş etdirməyə davam edən "Porsche Exclusive” bölməsi köklənmiş rodster "Boxster S”-i təqdim etdi. Xüsusi ban və salon sayəsində şou-kar daha da cəlbedici və fərdi görünməyə başladı. Bundan başqa, onun üçün bəzi seçim paketləri meydana gəldi.

Bu avtomobildə gördüyünüz bütün aksesuarlar seriya sportkarı "Porsche Boxster S”-ə quraşdırlııb onu daha parlaq və unikal edə bilər. Rodsterin banını xüsusi mavi "Riviera Blue” rənginə, qabaq bamperdə və arxa qanadlarda hava çıxışlarının qoymalarını isə qara parlaq rəngə boyayiblar.

Bundan başqa, avtomobilin qara milli və cilalanmış haşiyələri olan ikirəngli təkər diskləri, sarı əyləc supportları, qabaq tündləşdirilmiş şüşələrin qara yuyucuları, yan arxa görünüş güzgülərində və oturacaqların başaltılarının arxasındakı qoruyucu qövslərdə olan analoji qoymalar, yanlardakı "Boxster S” yazıları və arxa bamperin mərkəzində qazçıxma sisteminin ikili xromlaşdırılmış qolları var.

Əlverişli seçimlər siyahısından Sport Design və Sports Chassis paketləri seçilib. Salondakı qara dəri mavi dəri, boz təhlükəsizlik kəmərləri və metal dekorativ plankalarla qonşuluq edir. Daxildə alüminium pedallar və ayaq üçün altlıq, işıqlı loqotipi olan qapı astanalarının paslanmayan qoymaları, cihaz panelinin yuxarı hissəsinin işlənməsi üçün genişləndirilmiş dəri paket, boz yer xalıları meydana gəlib.

"Porsche Exclusive” mütəxəssisləri açıq kompakt sportkar "Boxster S”-in texniki içliyini dəyişmədilər, yəni, oppozitli altısilindrli 3,4 litrlik mühərrik əvvəki kimi 315 a.g. və 360 Nm maksimal fırlanma anı verir. Avtomobil 100 km/saatı 5,1 saniyəyə gedir. Maksimum sürət 279 km/saatdır.
 
Porsche rodster Boxster S-i dəyişdi

Porsche rodster Boxster S-i dəyişdi

Porsche rodster Boxster S-i dəyişdi

Porsche rodster Boxster S-i dəyişdi

Porsche rodster Boxster S-i dəyişdi

Porsche rodster Boxster S-i dəyişdi
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

24 May 2014 11:04

superrrrrrrrrrrrr cb

Dark PrincesSa

23 May 2014 14:12

oydaaaaaaaaaaaaa cheers

Night Wolf

23 May 2014 14:00

Porsche gözəl modelləri ilə həmişə fərqlənib
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!