Loading...
Azərbaycanda nə qədər avtomobil var?

Azərbaycanda nə qədər avtomobil var?

Loading...
 

Azərbaycanda istehsal edilən avtomobillərin keyfiyyətində problem ola bilməz.

Bunu ölkədə istehsal edilən avtomobillərlə bağlı sualları cavablandıran nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirdi:

"Avtomobillər Naxçıvan Avtomobil Zavodunda, traktorlar isə Gəncə Avtomobil Zavodunda istehsal olunur. Amma bu, o demək deyil ki, bütün hissələr ölkəmizdə istehsal olunur. Hətta ən adi bolt belə xaricdən alınır.

Avtomobillərin əsas ekoloji standartı mühərriklə bağlıdır və mən bildiyim qədər mühərriklər də Çindən gəlir. Digər detallar isə başqa xarici ölkələrdən gətirilir. Ona görə də hesab edirəm ki, Azərbaycanda istehsal edilən avtomobillərin keyfiyyətində problem ola bilməz.

Çin 2011-ci ildən bu yana bütün avtomobillərini və ehtiyat hissələrini Avro-4 standartına uyğun istehsal edir. Bu yaxınlarda da Naxçıvan zavodu onların istehsal etdiyi avtomobillərin hətta Avro-5 standartlarına uyğun olduğunu qeyd etmişdi”.

Ekspert ölkəmizdə istehsal olunan avtomobillərdə ABS təhlükəsizlik sistemi (Anti-lock Braking System) və təhlükəsizlik yastıqlarının olub-olmaması ilə bağlı fikirlərə də aydınlıq gətirdi:

"Avropa istehsalı olan avtomobillərdən fərqli olaraq Çin, Hindistan kimi ölkələrdə istehsal edilən avtomobillər sadəliyi ilə seçilir. Bu isə onun ucuz olması ilə nəticələnir. Digər məsələ isə işçi qüvvəsi ilə əlaqədardır. İşçi qüvvəsi də bu ölkələrdə ucuzdur. Ö

lkədə bu avtomobillərə tələbatın artmasının səbəblərindən biri Azərbaycan hökumətinin əlillərə verdiyi avtomobillərin də həmin markadan olması ilə bağlıdır. Bu, "NAZ Lifan” avtomobilləridir. Maşınlarda ABS təhlükəsizlik sistemlərinin olmasına gəlincə isə, bu sistem avtomobillərdə mövcuddur. Bunu şəxsən özüm görmüşəm. Ölkəyə gətirilən bütün avtomobillərdə bu sistem var. Hətta Rusiya istehsalı olan nəqliyyat vasitələrində də bu sistem mövcuddur”.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 326 ədəd minik avtomobili istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur.

Cari ilin I rübündə ölkədə 101 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Bu ilin üç ayında Azərbaycanda 299 ədəd traktor istehsal edilib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur. Bu müddət ərzində ölkədə kotan istehsalı 15,7% azalaraq, 376 ədəd olub.

Ümumilikdə Azərbaycanda 1,3 milyona yaxın avtomobil var.

Azərbaycanda nə qədər avtomobil var?
 
Azərbaycanda nə qədər avtomobil var?
 
Azərbaycanda nə qədər avtomobil var?
 
Azərbaycanda nə qədər avtomobil var?
 
Azərbaycanda nə qədər avtomobil var?
 
Azərbaycanda nə qədər avtomobil var?
 
Azərbaycanda nə qədər avtomobil var?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

miss__lady

21 Aprel 2014 08:24

maraqli xeberdi tewekkur

LeylaMemmedli

19 Aprel 2014 19:44

maragli xeberdi twkler smile

Night Wolf

19 Aprel 2014 18:00

Çox sağ ol Joyka what bir neçə gün qabaq bu sual haqda düşünürdüm ne axır ki cvb-ni tapdım yes
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!