Loading...

Porsche yeni modifikasiyalar təqdim etdi
Avtodünya
- 31 Mart, 2014
- 1 649 Baxış
Loading...
"Porsche” şirkətinin ən kompakt sportkarları olan "Cayman” və "Boxster” modellərində yeni "yüklənmiş” versiyalar peyda olub ki, onlar gücləndirilmiş mühərriklər və daha aqressiv eksteryer dizaynı alıblar.
Avtomobillərin adlarına "GTS” əlavə olunub, bununla birgə isə texniki hissə ciddi dəyişilib. Yeni maşınların dünya premyerası aprel ayında Pekin avtoşousunda olacaq, satışa isə may ayında başlayacaq.
Almaniyada "Porsche Boxster GTS” minimum 69949 avro olacaq, kupe "Cayman GTS”-in qiymətləri isə 73757 avrodan başlayacaq.
Hər iki modifikasiya "S” lövhəcikli versiyaya əsaslanıb və onlar 6-silindrli 3,4-litr həcmli benzin mühərriklə təchiz olunublar. "Boxster GTS” (Gran Turismo Sport) əlavə 15 a.g. və 10 Nm fırlanma anı alıb və nəticədə 330 a.g. və 370 Nm-ə malik olub.
"Cayman GTS” 25 a.g. və 20 Nm alıb və nəticədə 340 a.g. və 380 Nm-ə sahib olub. Standart komplektasiyada avtomobillər "Sport Chrono” paketi və 6-pilləli mexaniki sürət qutusu ilə təchiz ediliblər.
Əlavə pul ödəməklə robotlaşdırılmış 7-pilləli PDK sürət qutusu və "Sport Plus” paketi sifariş etmək olar. Bu paketdə xüsusi düymə var ki, avtomobilin yerindən sıçrayışını yaxşılaşdırır.
Standart komplektasiyada "Porsche Cayman GTS” 100 km/saata 4.9 saniyəyə, PDK sürət qutusu və "Sport Plus” paketi ilə isə 4,6 saniyəyə sürətlənir. Maksimal sürət 285 km/saata bərabərdir.
Rodster "Boxster GTS”-ə isə standart komplektasiyada 100 km/saata sürətlənmək üçün 5,0 saniyə, PDK və "Sport Plus” ilə isə 4,7 saniyə vaxt lazımdır. Maksimal sürət 279 km/saatdır.
İkiyerli kupe və rodster "GTS” daha təkmilləşdirilmiş aerodinamik ban asmasına malikdirlər ki, burada qabaq bamperdə splitter, arxa bamperdə diffuzor, qabaqda 235/35, arxada isə 265/35 ölçülü şinləri olan "911 Carrera S”-in 20-düymlük yüngüllehimli diskləri, adaptiv PASM asılqanı, qabaqda biksenon işıqlar, interyer işləməsi, dəri və alkantara xüsusi nəzərə çarpır.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...