Loading...

Mercedes-Benz S63 AMG Coupe-ni təqdim etdi
Avtodünya
- 29 Mart, 2014
- 1 693 Baxış
Loading...
"AMG”-nin son modellərinin bir çoxu kimi, "S63 AMG Coupe” də böyük ventilyasiya kəsikləri, əzələli yan ətəkləri, qazburaxma borularını çərçivəyə salan qara parlaq diffuzoru olan ciddi xarici görünüş alıb.
Yeniliyin qəlbi isə 577 a.g. (430 kVt) və 900 Nm verən 5,5-litrlik V8 tvin-turbo mühərrikidir və o bazardan çıxmağa hazırlaşan "CL 63 AMG”-dən 41 a.g. (30 kVt) və 100 Nm çoxdur.
Bundan əlavə "S63 AMG Coupe” sələfindən fərqli olaraq 65 kq yüngül olub, 1 a.g.-ə 3,41 kq düşür.
Arxa ötürücülü versiyaya 100 km/saata sürətlənmək üçün 4,3 saniyə, tam ötürücülü versiyaya isə 3,9 saniyə vaxt lazımdır. Mühərrik 7-pilləli idman sürət qutusu ilə birgə işləyir.
"2014 Mercedes-Benz S63 AMG Coupe” gələn ay Nyu-York avtosalonunda debüt edəcək.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...